"TURAN VOLTS ENERGY" birgə şirkəti yaradılıb
Dövlət Vergi Xidməti "TURAN VOLTS ENERGY" MMC-ni dövlət qeydiyyatına alıb.
Marja xəbər verir ki, 1000 manat nizamnamə kapital olan şirkətin qanuni təmsilçisi SƏMƏDOV ANAR AĞAMAHMUD oğludur.
Şirkətin hüquqi ünvanı: AZ1029, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ZİYA BÜNYADOV ev.2, 1965-Cİ MƏHƏLLƏ, ÇİNAR PARK BİZNES MƏRKƏZİ m.315-dir.
Şirkətin Müşahidə şurasının üzvlərinin adı: HƏSƏNOV HƏBİB NAMİQ OĞLU;. HÜSEYNZADƏ MURAD NAİL OĞLU;. MLYNCHIK VLADIMIR ;. ORUCOV FUAD ZİYƏDDİN OĞLU.
"TURAN VOLTS ENERGY" MMC-ni Əbu-Dabidə qeydiyyatda olan “Volts Energy Ltd.” mühəndislik şirkəti və Azərbaycanın “Turan Energy” MMC müştərək şirkət yaradıblar.
Şirkətlər bir müddət öncə anlaşmışdılar. Yeni birgə müəssisə Azərbaycanda fəaliyyət göstərəcək və bərpa olunan enerji və enerji saxlama sistemləri üzrə layihələndirmə, təchizat və tikinti layihələrinə (EPC) fokuslanacaq.
“Volts Energy”nin təsisçisi Vladimir Mlynchik demişdi ki, Azərbaycan bazarı hazırda BƏƏ şirkətləri üçün çox cəlbedicidir, çünki ölkənin yaşıl enerji istehsalına artan marağı və ixrac meyilləri var.
“TuranVoltsEnergy” hazırda günəş elektrik stansiyalarının inkişafı ilə bağlı bir neçə məsləhət və EPC layihələri üzərində çalışır. Şirkət həmçinin 100 MV-dən artıq tutumlu ev və sənaye enerji saxlama sistemlərinin inteqrasiyasına yönəlmiş layihələrə diqqət yetirir. Bundan əlavə, Azərbaycanın ən iri dövlət və özəl şirkətləri ilə əməkdaşlıq çərçivəsində yaşıl texnologiyalar vasitəsilə enerji sektorunun dekarbonizasiya strategiyalarını hazırlamaq planlaşdırılır.
“Turan Energy” MMC 2018-ci ildən Azərbaycanın enerji bazarında fəaliyyət göstərir və enerji sektorunda aparıcı xidmət təminatçısıdır. Şirkətin 100 manat nizamnamə kapitalı var. Layihələrin hazırlanması və tikinti xidmətlərindən əlavə, şirkət müştərilərinə yerli və xarici sərmayələrin cəlb olunması ilə maliyyə həlləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 38 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Ən çox oxunanlar
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR







.jpg)








.jpg)







