Qazaxıstandan taxıl ixracı bu il 12 milyon tona çatacaq
Qazaxıstandan taxıl ixracı bu il 12 milyon tona çatacaq.
Bunu hökumətin mətbuat xidməti bildirib.
"Qazaxıstan hər il 8-9 milyon ton taxıl ixrac edir ki, bunun da 6,5-7,5 milyonu buğdanın payına düşür. İxrac coğrafiyası 40-dan çox ölkəni əhatə edir. Ənənəvi bazarlar Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Çin, Türkiyə, İran, İtaliya və Tunisdir", - məlumatda qeyd olunur.
Məlumata görə, noyabrın sonuna olan vəziyyətə görə Qazaxıstanın taxıl ixracı 6,3 milyon ton təşkil edib. Yeni məhsulun ixracı 2,37 milyon ton olub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.
"Proqnozlara görə, cari ildə ixrac potensialı 12 milyon tona çatacaq. Əsas satış bazarları Mərkəzi Asiya ölkələri, Çin, Əfqanıstan, İtaliya və digər ölkələr olacaq. Bu il, həmçinin taxılın Azərbaycan, Əfqanıstan (Türkmənistan üzərindən tranzit), İran, İraq, Şimali Afrika ölkələri və Qara və Baltik dənizləri limanları vasitəsilə Avropa İttifaqı kimi ölkələrə 2 milyon tona qədər daşınması məsələsi də nəzərdən keçirilir”, - məlumatda bildirilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)



