Turdan 2 milyard dollardan çox gəlir əldə etdi, milyarder oldu - REKORD

Amerikalı müğənni Taylor Swift-in (Teylor Svift ) 21 ay ərzində beş qitədə reallaşan və ümumilikdə 149 konsertin keçirildiyi "Eras Tour" turnesi, bazar günü Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində möhtəşəm finalla tamamlanıb. Bu mədəniyyət hadisəsi musiqi dünyasında rekordlar qırıb və qlobal iqtisadiyyata mühüm töhfələr verib.
Marja.az xəbər verir ki, Taylor Swift-in şirkəti tərəfindən təsdiqlənən məlumatlara görə, 2023-cü ilin martında başlayan "Eras Tour" 2 milyard dollardan çox gəlir gətirib. Bu rəqəm Coldplay-ın hazırda davam edən və ən çox gəlir gətirən turları arasında yer alan "Music of Spheres World Tour"dan iki dəfə çoxdur. Bundan əlavə, "Eras Tour" 2022-ci ildə Elton Conun (Elton John) vida turunun 940 milyon dollarlıq gəlirini keçərək tarixdə 1 milyard dolları keçən ilk tur olub.
Biletlərin təkrar bazarda satış qiymətlərinin məbləğə daxil edilməməsi bu rekordu daha da irəli aparmaq potensialını məhdudlaşdırıb. Swift-in şirkəti biletlərin orta hesabla 204 dollara satıldığını bildirərkən, Vankuverdəki son konsertlərin təkrar bazarda satış qiymətlərinin orta hesabla 2900 dolları keçdiyi açıqlanıb.
“Eras Tour” Asiya, Avropa və Avstraliya iqtisadiyyatlarına da mühüm töhfələr verib. Sinqapurda keçirilən altı konsert ölkənin ÜDM-in artımına 0,5 faiz bəndi töhfə verib və onu 3 faizə çatdırıb. Bank of America-nın təhlilinə görə, Sviftin Avropa şəhərlərindəki konsert tarixləri bu şəhərlərdə illik xərclərin 39 faiz artmasına səbəb olub.
Taylor Swift milyarder olub
Tur Taylor Swift-in şəxsi sərvətinə də böyük töhfə verib. Svift musiqi və ifaçılıqdan əldə etdiyi gəlirlə milyarder adını qazanan nadir sənətçilərdən biri olub. İki ildir həm peşəkar, həm də şəxsi həyatı ilə gündəmdə olan sənətçi musiqi aləmində görünməmiş təsir bağışlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
Ən çox oxunanlar

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
