Növbəti sosial həmrəylik təşəbbüskarlığı - FOTO

“Mətanət A” şirkəti Korporativ Sosial Məsuliyyət Strategiyasına uyğun olaraq sosial həmrəyliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.
Bu çərçivədə növbəti tədbir Qurban bayramı münasibəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin kənardan yardıma və qulluğa ehtiyac olan üzvləri üçün həyata keçirilib.
Tədbirdə çıxış edən “Mətanət A”şirkətinin nümayəndəsi dövlət siyasətinin davamı olan bu növ layihələrin həyata keçirilməsini şirkətin korporativ vətəndaşlıq borcu hesab etdiyini bildirib və sosial layihələrin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsinin sədri Fəzilə Hüseynova təmsil etdiyi qurumun üzvləri adından “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirova və bütün kollektivə yaradılan bu şəraitə görə dərin təşəkükürünü bildirib, şirkətin bu cür sosial yönümlü fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Daha sonra qonaqlara bayram sovqatları paylanıb və onlar üçün musiqili proqram təşkil olunub.
Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.
Daha ətraflı: *3030 Çağrı mərkəzi
www.matanata.com
www.facebook.com/MatanatA.company
www.youtube.com/MatanatAcompany
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
-
13 d. əvvəl
HONOR Azərbaycanda bazar payını və tanınma səviyyəsini artırmağa davam edir
-
-
30 d. əvvəl
iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr!
-
37 d. əvvəl
Azərbaycanda 8 layihə üçün 200 milyon avroya yaxın kredit ayırıb - 28 FAİZƏ YAXIN ARTIM
- 1 saat əvvəl
-
1 saat əvvəl
Apple-ın səhmlərinin qiyməti iPhone 17-nin güclü satışları ilə rekord qırdı
-
1 saat əvvəl
Azərbaycanda "Kazmortransflot"la "Abu Dhabi Ports" üçün konteyner gəmiləri istehsal ediləcək
-
1 saat əvvəl
Qızılın qiyməti bir qədər ucuzlaşıb - "Bu alış üçün fürsətdir"
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
16 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr!

Qızılın qiyməti bir qədər ucuzlaşıb - "Bu alış üçün fürsətdir"

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır
Ən çox oxunanlar

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

“Bizdən Biznesə” ikinci dəfə start götürür!

Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
