Tuna balığı 1,3 milyon dollara satılıb - Bu, Yaponiyada iqtisadi canlanma ümidlərini gücləndirir
İlin ilk tuna hərracı qeyri-rəsmi olaraq ilin iqtisadi proqnozu hesab olunur. Tuna nə qədər baha satılırsa, bir o qədər yaxşıdır. Bu, Yaponiyada davamlı iqtisadi canlanma ümidlərini gücləndirir.
Bazar günü Yaponiyanın paytaxtı Tokioda məşhur balıq bazarında ilin ilk hərracda mavi üzgəcli tuna (tunes) balığı 207 milyon yendən (1,3 milyon dollar) baha qiymətə satıldıb ki, bu da rekordlar üzrə ikinci ən yüksək qiymətdir və Yaponiyada davamlı iqtisadi canlanma ümidlərini gücləndirir. İlin ilk tuna hərracı qeyri-rəsmi olaraq ilin iqtisadi proqnozu hesab olunur. Tuna nə qədər baha satılırsa, bir o qədər yaxşıdır.
Marja.az "Kyodo News"a istinadən xəbər verir ki, son illərdə paytaxtın əsas turistik yerlərindən birinə çevrilən Toyosu bazarında tuna balığının satışı üzrə canlı auksion səhər saat 5:10-da başlayıb.
Aomori adasının şimal-şərq prefekturasında Oma sahillərində tutulan 276 kiloqramlıq tuna balığı topdansatıcı və "Sushi Ginza Onodera" restoranlar şəbəkəsini idarə edən şirkət tərəfindən birgə alınıb.
"İlin ilk tuna balığı uğurlar gətirir. Biz insanlarda yeməklə təbəssüm yaratmaq istəyirik", - suşi restoranının rəhbəri Şinji Naqao bildirib.
2019-cu ildə mavi üzgəcli tuna balığı 333,6 milyon yenə satılıb ki, bu da 1999-cu ildən müqayisə oluna bilən məlumatların əldə edilməsindən bəri ən yüksək qiymətdir.
Lakin COVID-19 pandemiyasının başlaması ilə 2021-ci ildə qiymət 20,8 milyona düşmüşdü. Daha sonra qiymət 2023-cü ildə 36,0 milyon yenə, 2024-cü ildə isə 114,2 milyon yenə yüksəlmişdi.
73 yaşlı balıqçı Masahiro Takeuçi şənbə günü səhər tutduğu ton balığını gördüyü anı xatırlayaraq, "İnək kimi kök idi" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 45 d. əvvəl
-
1 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
1 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
1 saat əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixinədək bağlı qalacaq - QƏRAR
-
2 saat əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"
Ən çox oxunanlar

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
