Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında ucuzlaşdı, lakin, günün sonuna doğru öz mövqelərini bərpa edə bildi. EUR/USD valyuta cütlüyü 1.0353 səviyyəsinə qədər bahalaşdıqdan sonra ucuzlaşdı və hal-hazırda 1.0285 səviyyəsində ticarət olunur. Eyni dövr ərzində GBP/USD 1.2306 həddinə qədər yüksəlib, sonra isə ucuzlaşaraq 1.2214 həddinə qədər geriləyib.
Qızılın dəyəri artım tendensiyasını davam etdirib və bugün səhər saatlarında 2700$ səviyyəsinə çatıb. Neftin beynəlxalq birjalarda qiyməti isə bahalaşıb və 82$ səviyyəsinin üzərinə qalxıb. Belə ki, “Brent” markalı neftin bir barrel üçün dəyəri 82.30$ təşkil edir.
Dünən ABŞ-ın Əmək Departamenti tərəfindən açıqlanan məlumatlara əsasən, ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) dekabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 2.9% artıb. Belə ki, artım tempi noyabr ayında olan 2.7%-lə müqayisədə daha da sürətlənib. CPI indeksi dekabr ayında aylıq ifadədə 0.4% artıb və ekspertlərin proqnozlarını təkrarlayıb.
Ərzaq və enerji istisna olmaqla hesablanan istehlak qiymətləri (CPI core) noyabr ayı ilə müqayisədə dekabr ayında aylıq ifadədə 0.2%, illik ifadədə isə 3.2% artıb. Analitiklər orta hesabla müvafiq olaraq 0.3%-lik və 3.3%-lik artım proqnozlaşdırmışdılar.
FED-in 28-29 yanvar tarixlərində keçiriləcək iclasında uçot dərəcəsinin azaldılması proqnozlaşdırılmır. Ekspertlər bu il azalmaların daha az olacağını ehtimal edirlər, lakin faizlərin ilin ikinci yarısından əvvəl azaldılmayacağı ilə bağlı fikir ayrılıqları var.
“Goldman Sachs” iki faiz endiriminin olacağını proqnoz edir - iyun və dekabr aylarında, “Bank of America Securities” isə yumşalma dövrünün bitdiyinə inanır. FED yumşaltma dövrünə sentyabr ayında başlayıb, faizləri 100 baza bəndi azaldıb, hazırkı 4.5-4.75% səviyyəsinə çatdırıb. Sonuncu azalma dekabr ayında olub.
Həmçinin, Böyük Britaniyada İstehlak Qiymətləri İndeksi noyabr ayı ilə müqayisədə dekabr ayında illik ifadədə 2.6%-dən 2.5%-ə qədər azalıb. İngiltərədə aylıq ifadədə inflyasiya noyabr ayı ilə müqayisədə dekabr ayında 0.1%-dən 0.3%-ə qədər artıb.
Bugün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Filadelfiya FED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq. Eləcə də, bugün Böyük Britaniyada ÜDM, Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu hesabatları açıqlanacaq.
Məlumat İnvest.az İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
- 7 d. əvvəl
-
32 d. əvvəl
Fevralın 5-də gözlənilən hava şəraiti - Çovğun müşahidə edilir
- 48 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Leobank və Wolt müştərilər üçün ödənişsiz abunəlik kampaniyasına start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub" - BƏYANAT
- 1 saat əvvəl
-
1 saat əvvəl
"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
"Alagöz Holdinq" Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır
"Tərəflər ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmaq barədə razılığa gəliblər"
Taleh Kazımov: "Sahəvi banklara ehtiyac yoxdur"
Ən çox oxunanlar
"Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub" - BƏYANAT
Mərkəzi Bank lombard fəaliyyətini tənzimləməyə hazırlaşır
"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
"Uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsiri müşahidə olunub"
Mərkəzi Bankın sədri profisitin azalacağını bəyan etdi




















