"Glensol" şirkəti ilk korporativ istiqrazlarını təqdim edir - ŞƏRTLƏR
İstiqrazların ümumi məbləği 10 milyon AZN təşkil edir və rüblük qaydada faiz ödənilməklə, 12% cəlbedici kupon dərəcəsi təklif edilir. Buraxılış, hər biri 5 milyon AZN olaraq 2 tranşla həyata keçiriləcək, birincisi yanvarın 21-dən başlayaraq 2 həftə davam edəcək
"Nobel Energy"nin törəmə şirkəti olan "Global Energy Solutions" (Glensol) ilk korporativ istiqrazların buraxılış prosesinə rəsmi olaraq başlayıb və bu, Azərbaycanın kapital bazarına daxil olması baxımından şirkət üçün mühüm addımdır.
Şirkətin yaydığı məlumata görə, bu, "Glensol" şirkətinin inkişaf planlarını və Azərbaycanın maliyyə sektorunun potensialını göstərir.
İstiqrazların ümumi məbləği 10 milyon AZN təşkil edir və rüblük qaydada faiz ödənilməklə, 12% cəlbedici kupon dərəcəsi təklif edilir. Buraxılış, hər biri 5 milyon AZN olaraq 2 tranşla həyata keçiriləcək, birincisi yanvarın 21-dən başlayaraq 2 həftə davam edəcək. Bu təşəbbüs investorları cəlb etmək və Glensol şirkətinin neft-mədən əməliyyatlarını və avadanlıqlar üzrə texniki xidmət fəaliyyətlərini dəstəkləmək məqsədi daşıyır.
"Glensol" güclü müştəri bazasına malikdir və bu BP və SOCAR kimi böyük milli və beynəlxalq enerji şirkətlərini də əhatə edir. Bu da müxtəlif strateji enerji layihələrindən sabit maliyyələşmənin əldə edilməsini və davamlı nəğd pul vəsaitlərinin hərəkətinin təminatına dəstək olur. Şirkət həm ənənəvi, həm də dayanıqlı enerji layihələrini dəstəkləmək üçün öz imkanlarından və sınaqdan keçmiş bacarıqlarından istifadə etməklə enerji keçidinə sadiq qalır.
"Bu buraxılışdan əldə edilən vəsait enerji sektorunda innovasiya məqsədinə xidmət edən inkişaf fəaliyyətləri də daxil olmaqla, dayanıqlı layihələr üçün istifadə ediləcək. İllik dövriyyəsi 6 milyard AZN təşkil edən Azərbaycanın kapital bazarlarının davamlı olaraq genişləndiyi bir vaxtda Glensol istiqrazlarının buraxılışı məqsədəuyğundur və bununla şirkət "NEQSOL Holding"in enerji seqmenti olan "Nobel Energy Group" daxilində öz mövqeyini də möhkəmləndirir", -məlumatda deyilir.
İnvestorlar "Glensol" şirkətinin güclü təcrübəsinə, eləcə də insanlara və texnologiyaya ağıllı sərmayələr qoyulmaqla, uzunmüddətli strateji inkişaf və dayanıqlılıq öhdəliyinə əsasən, bu sabit və gəlirli investisiya imkanını araşdırmağa təşviq edilirlər. İnvestisiya bazarı aktivdir, bazarda yerləşdirilən qiymətli kağızların ümumi dəyəri 535 milyon manata çatır və bu, "Glensol" şirkətinin təkliflərinin cəlbediciliyini daha da artırır.
İstiqraz və ya investisiya imkanları haqqında ətraflı məlumat əldə etmək üçün PAŞA Kapital şirkətinə [email protected] elektron poçt ünvanı və ya +994 99 830 02 32 telefon nömrəsi ilə müraciət etmək olar.
Glensol haqqında
2012-ci ildə "Nobel Energy"nin mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə şirkəti kimi yaradılmış "Glensol" regionda və bütün dünyada yerli və beynəlxalq neft və qaz şirkətləri üçün fırlanan avadanlıqların, o cümlədən turbomexanizm xidmətlərinin, eləcə də nəzarət, istismar və texniki servis xidmətlərinin etibarlı təchizatçısı olmuşdur.
Ətraflı məlumat: www.nobelenergy.com
PAŞA Kapital haqqında
PAŞA Kapital bazarda nail olduğu sağlam mövqeyi ilə tanınan və “Ən yaxşı İnvestisiya Şirkəti” və “Ən Yaxşı Broker Firması” kimi bilinən Azərbaycanın aparıcı investisiya şirkətidir.
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
7 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
-
7 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
8 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 9 saat əvvəl
-
10 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
