Çində əhalinin azalması tendensiyası davam edir - ƏHALİSİ AZALIR VƏ QOCALIR
Çinin əhalisi 2024-cü ildə 1 milyon 390 min nəfər azalaraq əvvəlki 2 ildə yaşanan azalma tendensiyasını davam etdirib.Çin Milli Statistika Bürosunun (UIB) məlumatlarına görə, 2023-cü ildə 1 milyard 409 milyon 670 min olan materik Çinin əhalisi 2024-cü ildə 1 milyon 390 min nəfər azalaraq 1 milyard 408 milyon 280 min nəfərə düşüb.
Marja xəbər verir ki, ölkə əhalisinin sayında 2022-ci ildən başlayan azalma tendensiyası 2023-cü ildə və 2024-cü ildə də davam edib.
Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb. 2022-ci il Çində uzunmüddətli əhalinin azalması tendensiyası başladığı il olub.
Doğuş nisbəti artıb, ölüm nisbəti azalıb
Çində 2024-cü ildə 9 milyon 540 min körpə doğulduğu halda, yeni doğulanların sayı 9 milyon 2 min körpənin doğulduğu 2023-cü illə müqayisədə 5,7 faiz artıb.
2023-cü ildə mində (min nəfərə düşən) 6,39 olan doğum nisbəti 2024-cü ildə mində 6,77-yə yüksəlib. Keçən il doğum nisbəti 1949-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.
2024-cü ildə Çində 10 milyon 930 min ölüm qeydə alınıb. Bu, 11 milyon 100 min ölümün qeydə alındığı 2023-cü illə müqayisədə 1,5 faiz azdır. Ölüm nisbəti mində 7,87-dən 7,76-ya azalıb.
Əhalinin 15,6 faizini yaşı 65 və yuxarı olanlar təşkil edir
Əhalinin yaş qruplarına görə bölgüsündə “əmək qabiliyyətli yaş” kimi müəyyən edilən 16-59 yaş arası əhali 857 milyon 980 min nəfərlə əhalinin 60,9 faizini, 310 milyon 310 min nəfərlə isə 60 və yuxarı yaşda olanlar 22 faizini təşkil edib.
Yaşı 65-dən yuxarı olan pensiya yaşına çatmış əhalinin sayı 220 milyon 230 min nəfərə çatıb ki, bu da ümumi əhalinin 15,6 faizini təşkil edir.
2024-cü ildə şəhər əhalisi əvvəlki ilə nisbətən 10 milyon 830 min nəfər artaraq 943 milyon 500 min nəfərə çatdığı halda, kənd əhalisi 12 milyon 220 min nəfər azalaraq 464 milyon 780 min nəfərə düşüb. Şəhər əhalisinin xüsusi çəkisi 67 faizə yüksəldiyi halda, kənd əhalisinin xüsusi çəkisi 33 faizə geriləyib.
Uzunmüddətli demoqrafik dəyişiklik
Analitiklərin fikrincə, Çin uzunmüddətli demoqrafik dəyişikliyə qədəm qoyub ki, onun əhalisi tədricən qocalacaq və əmək qabiliyyətli əhalinin payı getdikcə azalacaq.
2016-cı ildən bəri əhalinin artım tempinin azaldığı Çində önümüzdəki illərdə əhalinin daha sürətlə azalacağı təxmin edilir.
Çində hökumət 1980-ci illərdən bəri həyata keçirilən “bir uşaq” siyasətindən imtina edərək, ilk olaraq 2016-cı ildə uşaq sahibi olma limitini 2-yə qaldırıb, daha sonra isə 2021-ci ildə ailələrin 3 uşaq sahibi olmasına icazə verən qanun dəyişikliyini qəbul edib.
Ailələri uşaq sahibi olmağa təşviq edən siyasətlərə baxmayaraq, yeni nəsillər iqtisadi inkişafın yavaşlaması və uşaqların yaşaması və böyüdülməsi xərclərinin artması səbəbindən uşaq sahibi olmaqda tərəddüd edirlər.
Əhalinin azalmasının qocalma ilə birlikdə, gələcəkdə Çinin işçi qüvvəsi potensialının azalmasına səbəb olacağı və bunun iqtisadiyyata təsirinin hiss olunacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 38 d. əvvəl
-
-
49 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 50 d. əvvəl
- 51 d. əvvəl
-
15 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
15 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub








.jpg)







