“Azerconnect Group” İKT sahəsində Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçildi
(®) Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” nüfuzlu “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən növbəti dəfə Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçilib.
Bununla da “Azerconnect Group” ardıcıl olaraq üçüncü dəfə “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatını əldə edən yeganə yerli şirkət olub.
Beynəlxalq təşkilat dünya təcrübəsindən irəli gələn 250-dən çox meyar üzrə “Azerconnect Group”un insan kapitalının idarəolunması sahəsində strategiyasını, həmçinin bu sahədə icra etdiyi innovativ layihələri dəyərləndirib və yüksək qiymətə layiq görüb. Şirkətin iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və digər istiqamətlərdə ən son beynəlxalq insan resursları təcrübələrini və standartları tətbiq etməsi vurğulanıb.
“Top Employers Institute” haqqında
“Top Employers Institute” dünyanın müxtəlif ölkələrində şirkətlərin işəgötürmə, işçi təcrübəsi və liderlik sahəsindəki fəaliyyətini qiymətləndirən və sertifikatlaşdıran beynəlxalq təşkilatdır. 30 ildən artıq bir müddətdə fəaliyyət göstərən “Top Employers Institute” 2025-ci ildə 125 ölkədə/regionda 2400-dən çox təşkilatı sertifikatlaşdırılıb. Bu sertifikatı əldə etmiş “Ən yaxşı işəgötürənlər” qlobal miqyasda 13 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 30 d. əvvəl
-
42 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)




.jpg)







