Bank “BTB”də yeni direktor təyinatı
Bank “BTB” ASC-də Satışlar departamentinə rəhbər təyin olub.Bank BTB-də 2025-ci ilin ilk təyinatı olub.
Bankdan Marja.az-a verilən məlumata görə, Bəhruz Kazımlı Bank BTB-nin Satışlar departamentinin direktoru vəzifəsinə təyin edilib. O, bankın bütün məhsul və xidmətlərinın satışına rəhbərlik edəcək.
Qeyd edilib ki, Bəhruz Kazımlı 2006-2010, 2011-2013-cü illərdə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (hər ikisi fərqlənmə diplomu ilə) alıb. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, beynəlxalq sertifikatlara əsasən maliyyə, biznesin təşkili, kredit risklərinin idarə olunması sahələri üzrə bilik və bacarıqlara yiyələnib.
Bəhruz Kazımlı 14 ildən çoxdur ki, bank sahəsində çalışır. Bank karyerasına “Bank of Baku”-da başlayıb, satış sahəsində kiçik ekspertdən Bank məhsullarının satış şöbəsinin müdiri və filial direktorunun müavini vəzifəsinədək irəliləyib. Əlavə olaraq “Yelobank”-da Satış sahəsi üzrə qrup rəhbəri, Turan Bank-da Pərakəndə Bankçılıq Departamentinin Direktoru kimi vəzifələrdə çalışıb. 2024-cü ilin may ayından etibarən Bank “BTB”-nin əmək kollektivi sıralarına qatılıb.
Əlavə edilib ki, Bank “BTB” ASC 2025-2027-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində bank əsas diqqət və resurslarını müştəri məmnuniyyətinin yüksəldilməsi, keyfiyyətli müştəri bazasının artırılması, satış üsul və vasitələrinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi vasitələri ilə bazar payının artırılmasına nail olmağa yönəltmişdir. Bu nəticələrə çatmaq üçün Satışlar departmentinin məsuliyyətinə fərdi və hüquqi şəxslərə təklif olunan biznes kreditləri, İstehlak kreditləri, MİDA və ARİKZF hesablarına verilən ipoteka kreditləri, bankın satış məhsullarının müştərilərə təqdim olunması, satış siyasətinin qurulması, sağlam kredit portfelinin formalaşması kimi vacib öhdəliklər müəyyənləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 8 d. əvvəl
-
-
22 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq






























