“PAŞA Bank” yeni təcrübə proqramı ilə peşəkar inkişaf fürsəti təqdim edir
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəri məmnuniyyətinin standartlarının inkişafı və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına hədəflənən “Öncə müştəri” təşəbbüsü çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinə start verib.
Bu istiqamətdəki ilk layihələrdən biri yeni məzunlar və tələbələr üçün bank sahəsində peşəkar inkişaf və uğurlu karyera qurmaq məqsədilə PAŞA Bank təcrübə proqramı təqdim edir.
Proqram 6 aylıq müddəti əhatə edir. İştirakçılar bank sektorunda real iş mühiti ilə tanış olacaq, müştərilərlə birbaşa əlaqə quraraq praktiki təcrübə toplayacaq və müştəri xidmətləri sahəsində dərin biliklər əldə edəcəklər. Eyni zamanda, Bankın müştəri məmnuniyyətinin strategiyasının bir hissəsi olaraq, iştirakçılara korporativ iş mühitində fəaliyyət göstərmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edilir. “PAŞA Bank” mütəxəssisləri tərəfindən keçirilən təlimlərə qoşularaq iştirakçılar biznes bilikləri ilə yanaşı praktiki bacarıqlar da əldə edəcəklər.
Təcrübə proqramı yüksək kommunikasiya bacarığına, təşəbbüskarlığa, komandada effektiv işləmək və detallara diqqət yetirmək qabiliyyəti olan bakalavr təhsilinin 3-cü və 4-cü kurs tələbələri, hazırkı magistr tələbələri və 2024-cü il məzunları üçün nəzərdə tutulub.
Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün linkə daxil olun: https://pshb.az/40kR4t6.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















