“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə ABŞ-nın yeni prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər fonunda ölkə rəhbərinin vergi tariflərinin seçki kampaniyası dövründə vədd etdiyi kimi aqressiv olmayacağı ehtimallarının artması, eləcə də, Amerikada inflyasiyanın zəifləyəcəyinə dair proqnozların güclənməsi dolların major valyutalar qarşısında ucuzlaşmasına səbəb oldu.
Belə ki, EUR/USD cütlüyü ötən həftə ərzində 1.0270 səviyyəsindən 2.5 sent balahaşaraq 1.0520 hədddinə yüksəlib. GBP/USD məzənnəsi də 1.2170 həddindən dəstək taparaq 2.2500 səviyyəsinə kimi bahalaşdı. Dolların zəifləməsi fonunda qızıl “güvənli liman” maliyyə aləti kimi dəyər qazandı və 2703$-dan 2786$-a kimi yüksəldi.
Cari həftə ərzində bazarların gündəmində çərşənbə günü ABŞ Federal Ehtiyyatlar Sisteminin, cümə axşamı günü isə Avropa Mərkəzi Bankının növbəti faiz qərarı olacaq.
FED-in çərşənbə günü iki günlük iclasın sonunda faiz dərəcələri dəyişməz olaraq saxlayacağı analitiklər tərəfindən proqnoz olunur. Lakin, bazar iştirakçılarının fikrincə inflyasiyanın 2%-lik hədəf səviyyəsinə yaxınlaşması fonunda mərkəzi bank mart ayında faiz endirimini reallaşdıra bilər.
Avropa Mərkəzi Bankının isə uçot dərəcələrini 3.15%-dən 2.9%-ə endirəcəyi proqnozlaşdırılır.
Bu həftə ərzində, həmçinin, Amerikada, Avrozonada və Almaniyada ÜDM hesabatı, eləcə də, Almaniyada, Yaponiyada və Avstraliyada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunacaq.
Yanvar ayının son həftəsində “Möhtəşəm Yeddilik” şirkətlərindən dördü rüblük nəticələrini açıqlayacaq. “Meta Platforms”, “Microsoft” və “Tesla” çərşənbə günü hesabatlarını dərc edəcək, “Apple” isə nəticələrini cümə axşamı açıqlayacaq.
EUR
Ötən həftəyə 1.0270 səviyyəsində start verən EUR/USD məzənnəsi həftə ərzində 1.0520 səviyyəsinə qədər bahalaşdı və həftəlik şamını 1.0490 səviyyəsində tamamladı.
Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq ÜDM hesabatı və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
“Buğalar” qiyməti 1.06$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxalaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Keçən həftəyə 1.2170 səviyyəsində başlayan GBP/USD məzənnəsi həftə ərzində 1.25$ səviyyəsini qədər bahalaşdı.
Bu həftə isə dolların birjalardakı mövqeyi funt-sterlinqin də qiymətlərinə yön verəcək.
XAU/USD
“Güvənli liman” olaraq sığındıqları qızıl ötən həftə 2703$ həddindən dəstək alaraq 2786$-a kimi bahalaşdı. Hazırda 2754$-dan təklif olunan qızılda “buğalar”-ın qarşısında duran əsas müqavimət həddləri kimi, 2762$, 2776$ və 2791$ səviyyələri çıxış edir.
OİL
Neft qiymətləri ABŞ prezidenti Donald Trampın “OPEC”-ə qiymətləri azaltmaq üçün təkrar çağırışı fonunda ucuzlaşır: “Brent” markalı neftin bir barrel üçün qiyməti 78$-a qədər ucuzlaşıb, ”WTI” markalı neftin bir barrel üçün qiyməti isə 75$-a qədər geriləyib. Tramp “Ağ Evdə”-ki ilk həftəsində ölkənin neft və qaz hasilatını artırmaq üçün genişmiqyaslı tədbirlərin görüləcəyini açıqladı.
Ötən həftə 81.30$ səviyyəsinə start verən OLİUK, həftəni 78.90$ həddində tamamladı. “Ayılar” qiyməti 80$ həddinin altında saxladığı müddətcə eniş tendensiyası davam edə bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
1 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
1 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
3 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
3 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Ən çox oxunanlar
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
"Alagöz Holdinq" Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır






















