Bu gün FED faiz qərarını açıqlayacaq
Qlobal bazarlarda bütün diqqətlər ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu axşam qəbul edəcəyi pul siyasəti qərarlarındadır. Qərar Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaqDünən beynəlxalq birjalarda dolların funt və avro qarşısında məzənnələrində üfüqi tendensiya hökm sürüb. Buna səbəb kimi bugün ABŞ-da Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsi ilə bağlı qərarını qeyd edə bilərik. Yaponiya Bankının (BoJ) pul-kredit toplantısının hesabatını dərc etməsi fonunda USD/JPY valyuta cütlüyündə qiymətin 155.790 səviyyəsindən 155.110 səviyyəsinə qədər gerilədiyinin şahidi oluruq.
Qızılın qiyməti bazar ertəsi günü 2730$ həddinə kimi ucuzlaşdıqdan sonra, bahalaşmağa başlayıb və hazırda 2761$-ın üzərində qərarlaşıb. Amerikanın Neft İnstitutunun ölkədə kommersiya məqsədli neft ehtiyatlarının 2.86 milyon barrel artması xəbəri fonunda neftin qiyməti eniş tendensiyasını davam etdirib. “Brent” markalı neftin bir barrel üçün qiyməti hazırda 77.70$ təşkil edir.
Avstraliyada inflyasiyaya dair göstəricilər açıqlanıb. Ölkədə İstehlak Qiymətləri İndeksi rüblük ifadədə 0.2%, illik ifadədə isə 2.4% təşkil edib. Göstəricilərin dərc olunması fonunda AUD/USD cütlüyü 0.6254 həddindən 0.6227 həddinə qədər ucuzlaşsa da, daha sonra bahalaşaraq 0.6244 həddinə qədər yüksəlib.
Ötən gün ABŞ-ın Ticarət Departamentinin açıqladığı hesabata əsasən, ölkədə Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi noyabr ayı ilə müqayisədə dekabr ayında 2.2% azalıb. Analitiklər göstəricinin 0.3% artacağını proqnozlaşdırmışdılar. Həmçinin, “Conference Board” analitik şirkəti tərəfindən dərc olunan ABŞ-da İstehlakçıların İnam İndeksi dekabr ayı üzrə yenilənmiş nəticəsi ilə müqayisədə yanvar ayında 109.5 bənd səviyyəsindən 104.1 bənd səviyyəsinədək zəifləyib.
İnvestorlar bugün Bakı vaxtı ilə saat 23:00-da ABŞ-da FED-in faiz dərəcəsi ilə bağlı qərarını maraqla gözləyirlər. Analitiklərin proqnozlarına əsasən, tənzimləyici qurum göstəricini 4.5% səviyyəsində saxlamaq niyyətindədir. Eləcə də, bugün Kanada Bankının (BoC) faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 saat sonra
-
-
5 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
7 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
















.jpg)







