“Həzi Aslanov”da təmir işlərini “Evrascon" aparacaq
“Həzi Aslanov” stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib“Həzi Aslanov” stansiyasının baxış, xidmət, qulluq, kiçik həcmli təmir işləri, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçün nəzərdə tutulmuş dalanında əsaslı təmir və yenidənqurma işlərinə hazırlıq başlanılıb.
Bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Qeyd edilib ki, Metropolitenin aidiyyəti xidmətləri dalan yollarında təmizləmə işlərini həyata keçiriblər. Burada təmas relsi, yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitə xətləri, ventilyasiya sistemləri, təhlükəsizlik kameraları sökülərək podratçı şirkətin işlərə start verməsinə münbit zəmin yaradılıb.
Təmir və yenidənqurma işləri ilə məşğul olan şirkət, öz növbəsində, müayinə və təhlillər aparıb. Şirkət tərəfindən yol betonunun söküntüsü təmin edilib. Qrunt və qrunt sularından analizlər götürülüb, nəticələr müəyyənləşdirildikdən sonra müvafiq tikinti meydançası yaratmaq üçün metal konstruksiyalar quraşdırılıb.
Qeyd edək ki, dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib.
Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziya intensiv xarakter alıb, blok və örtük panellərində mühafizə qatının betonu qopub və işçi armaturlar korroziyaya uğrayıb.
“Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası təmir işlərini 6 mərhələdə aparacaq.
Qeyd edilib ki, təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq.
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq.
Bütün proses boyu müasir texnologiyaların ən son yeniliklərindən yararlanmaqla, dayanıqlı və yüksək keyfiyyətli materiallardan istifadə ediləcək.
Müştərilərin xəbərləri
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
19 d. əvvəl
"Kapital Bank" "Bir" ekosistemində “Bir Taxi” istifadəyə verilə bilər" iddiasına cavab verdi
- 43 d. əvvəl
-
51 d. əvvəl
"Kapital Bank" ötən il ərzində görülən sosial məsuliyyət layihələri barədə məlumatları açıqlayıb
-
54 d. əvvəl
“Dərinsulu Günəşli” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Birbank" tətbiqində çata ünvanlanan müraciətlərin 70%-i süni intellekt vasitəsiylə cavablandırılır
-
1 saat əvvəl
"Birbank Invest" 9 ay ərzində 25 milyon dollar dövriyyə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank" ötən il ərzində görülən sosial məsuliyyət layihələri barədə məlumatları açıqlayıb
"Birbank Invest" 9 ay ərzində 25 milyon dollar dövriyyə edib
"Birbank"a SİMA gəlir
Ən çox oxunanlar
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
"Müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon manatdan artıq vəsaitin qarşısı alınıb" - BANK RƏSMİSİ
1 milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir
Əmlakınıza dəyər qatan idarəetmə
Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır














.jpg)







