Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb
2024-cü ildə Azərbaycanda könüllü sığorta növləri üzrə 1 milyard 11.3 milyon manat, icbari sığorta növləri üzrə 341 milyon 856 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının stattistikasına görə, 2023-cü illə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 13.9% və ya 123 milyon 196 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 2.2% və ya 7 milyon 423 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği illik müqayisədə 27.9% artaraq 613 milyon 16 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 29.3% artaraq 139 milyon 696 min manata bərabər olub.
Beləliklə, ötən il könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 60.6 manat sığorta ödənişi edilib. Bu rəqəm 2023-cü ildə 54 manata bərabər olub. 2024-cü ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 40.9 manat təşkil edib ki, bu göstərici əvvəlki ildə isə 32.3 manata bərabər idi.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 5 d. əvvəl
- 29 d. əvvəl
-
38 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
42 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı


















.jpg)

