Sahibkarlar üçün yeni təşviq alətlərinin yaradılması planlaşdırılır - KOBİA-DA İCLAS

KOBİA-nın Müşahidə Şurasının iclasında Agentliyin 2024-cü il üzrə hesabatı təqdim edilib, 2025-ci ilə dair planlar müzakirə olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə, eləcə də gündəlikdə duran digər məsələlərə dair dair təqdimatlar keçirilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövr ərzində KOB-ların inkişafına göstərilən dəstək tədbirləri, o cümlədən sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib.
Həmçinin, müasir çağırışlara uyğun olaraq bizneslərin ehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla sahibkarlar üçün yeni təşviq alətlərinin yaradılması, xidmət infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan tədbirlər diqqətə çatdırılıb.
İclasda qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 17 d. əvvəl
-
-
45 d. əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
51 d. əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
54 d. əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
1 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
