İZİA: Azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikilir

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sənaye parklarına investorların cəlb edilməsi istiqamətində, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun mətbuat konfransında deyib.
O qeyd edib ki, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70%-ə yaxın hissəsi sahibkarların istifadəsinə verilib:
"Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir. İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib".
S.Adıgözəlov “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 16 rezidenti və 2 qeyri-rezidentinin olduğunu deyib:
"Bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib".
O bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər aparılır:
"Cari ildə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında tütün məmulatlarının, dekorativ daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması, plastik taraların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı müəssisələrinin təməlqoyması planlaşdırılır".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
4 saat əvvəl
“Azertexnolayn”ın məhsulları dünyanın 25 ölkəsinə ixrac olunur – FOTOLAR, VİDEO
- 5 saat əvvəl
Son Xəbərlər

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb

Xalq Bank və “UPT”dən yeni kampaniya

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - 5 şirkətin dövriyyəsi 50 milyard manatı aşıb

“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub

Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib

“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək

Sabahın hava proqnozu açıqlanıb : yağış yağacaq - PROQNOZ
