Ötən il Gəncədə 253,2 milyon manatlıq metallurgiya məhsulları istehsal edilib
Gəncə Şəhər Statistika İdarəsi 2024-cü il yanvar-dekabr aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatları açıqlayıb.
Məlumata görə, 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 607,2 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 157,4 milyon manatı, yaxud 25,9 faizi dövlət sektorunun sənaye müəssisələri, 449,8 milyon manatı, yaxud 74,1 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 447,8 milyon manatı, yaxud 82,8 faizi qeyri-dövlət sektoruna aid olmaqla 541,0 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 115,0 milyon manat qida məhsulları istehsalı, 17,7 milyon manat içki, 253,2 milyon manat metallurgiya sənayesi məhsulları, 93,2 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 61,9 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-dekabr ayları ərzində 14,2 ton makaron, 244,1 min dekalitr araq, 133,9 min dekalitr şərab, 623 ədəd traktor, 509 ədəd MAZ yük avtomobili, 11037,0 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 2570 ədəd elektron, 463012 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2024-cü il yanvar-dekabr ayları ərzində 39,4 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 25,3 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























