“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Maliyyə bazarları fevral ayının ikinci həftəsinə də olduqca gərgin başladı. ABŞ prezidenti Donald Trampın bazar ertəsi günü polad və alüminium idxalına əlavə 25% gömrük rüsumu tətbiq edəcəyi yönündəki açıqlamaları fonunda birjalar bu həftəyə də “gap” ilə başladı.
Belə ki, EUR/USD, GBP/USD, NZD/USD, AUD/USD və USD/CAD məzənnələri yeni həftəyə müvafiq olaraq 400 point, 300 point, 600 point, 400 point və 650 pointlik sıçraışla başlayıblar. Qızıl ötən həftə 2886.80$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədəkdən sonra, bir qədər gerilədi və həftəlik şamını 2861$ həddində tamamladı.
Cari həftə ərzində bazarların gündəmindəki əsas xəbərlər, çərşənbə günü Amerikada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPİ), cümə axşamı günü isə İstehsal Qiymətləri İndeksi (PPİ) göstəriciləri olacaq. İnvestorlar inflyasiya hesabatından sonra çıxış edəcək FED sədri Cerom Pavelin açıqlamalarında tənzimləyici qurumun monetar siyasətinin gələcəyinə dair ipucları axtaracaqlar.
Bu həftə ərzində, həmçinin, Avrozonada, Almaniyada, İngiltərədə və İsveçrədə ÜDM, CPİ, PPİ hesabatları, eləcə də, Sənaye İstehsalının Həcmi, Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Ticarət Saldosu kimi, önəmli isqtisadi göstəricilər dərc olunacaq.
EUR
Ötən həftəni 1.0330 səviyyəsində başa vuran EURUSD məzənnəsi cari həftəyə 1.0290 səviyyəsində start verdi və hazırda, 1.0310 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada açıqlanacaq ÜDM Hesabatı, Sənaye İstehsalının Həcmi, eləcə də, Almaniyada dərc olunacaq CPİ göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
“Ayılar” qiyməti 1.02$ həddinin altına sala və burada qoruyub saxalaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
GBP
Keçən həftəni 1.24$ həddində tamamlasa da, funt-sterlinq də cari həftəyə 300 pointlik “gap” ilə başladı.
Bu həftə isə İngiltərədə dərc olunacaq ÜDM hesabatı, həmçinin, Sənaye İstehsalının həcmi və Ticarət Saldosu kimi iqtisadi-statistik rəqəmlər funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
XAU/USD
Qızıl ötən həftə 2886.80$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədikdən sonra, 2861$-a kimi geriləyib.
Hazırda, 2776$-dan təklif olunan “sarı metal”, investorların Amerikanın yeni gömrük tariflərinin qlobal iqtisadi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənli liman” olaraq son sığınacaq ola bilər. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.
OİL
Birjalar ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına əlavə 25% gömrük rüsumunun tətbiq ediləcəyinə dair açıqlamalarının nəticələrini qiymətləndirərkən, neft 3 həftəlik eniş tendensiyasını üfüqi dalğalanma ilə əvəzləyib.
Brent neftinin qiyməti üç həftəlik enişdən sonra, bir barel üçün 75$-dan aşağı düşdü ki, bu da, sentyabrdan bəri ən uzun itki seriyasıdır. ABŞ xam nefti 71$-a yaxınlaşır. Çinin ABŞ mallarına tətbiq etdiyi tariflərin bazar ertəsi tətbiq edilməsi planlaşdırılır. Bu tariflər Trampın keçən həftə qüvvəyə minmiş tariflərinə qarşı cavab tədbiri idi.
ABŞ prezidentinin polad və alüminiuma tətbiq etməyə hazırlaşdığı tariflər bütün ölkələrə şamil olunacaq. Yeni tariflər Amerikada istehsal olunmayan xüsusi poladdan asılı olan neft qazma maşınları da daxil olmaqla, ABŞ-ın enerji sektorunu vura bilər.
Tələb proqnozunun zəif olması və Trampın tariflərinin Rusiya və İran neftinə tətbiq etdiyi sanksiyaları üstələməsi səbəbindən neft yanvarın ortalarından etibarən eniş trendindədir.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 18 d. əvvəl
-
29 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
51 d. əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
57 d. əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Ən çox oxunanlar
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır








.jpg)





.jpg)

