Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb
Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb.
Marja Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci il 01 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10 milyard 957,4 milyon manat və ya 2024-cü il üzrə olan ÜDM-in 8,7 faizini təşkil etmişdir.
Dövlət zəmanətinin 9 milyard 196,8 milyon manatı (5 milyard 409.9 milyon ABŞ dolları) və ya 83,9 faizi xarici kreditlərin, 1 milyard 760,6 milyon manatı və ya 16,1 faizi isə daxili kreditlərin payına düşür.
01 yanvar 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dolları və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat (74 milyard 315,9 milyon ABŞ dolları) məbləğində olan ÜDM-in 6,9 faizini təşkil etmişdir.
2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla 2024-cü ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 331,5 milyon ABŞ dolları və ya 20,6 faiz azalmışdır.
2024-cü il ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 1 milyard 376,0 milyon ABŞ dolları məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobondlar) üzrə 900 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2024-cü ilin əvvəli ilə müqayisədə 2 faiz bəndi azalmışdır.
2025-ci ilin 01 yanvar tarixinə ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 71,0 milyard ABŞ dolları məbləğində olmaqla hesabat dövrünün sonuna xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.
01 yanvar 2025-ci il tarixinə daxili dövlət borcu 18 milyard 659,7 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan ÜDM-in 14,8 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2 milyard 793,3 milyon manat artmışdır. Daxili dövlət borcunun artmasının əsas səbəbi Strategiyaya uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi, habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
25 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
40 d. əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 13 saat əvvəl
-
13 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
13 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb






.jpg)
.jpg)







.jpg)









