Yanvar ayı üzrə enerji göstəriciləri açıqlandı
Bərpa olunan enerji mənbələrindən 96,4 mln. kVt·st artımla elektrik enerjisi istehsal edilibEnergetika Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən ötən ay respublikada elektrik enerjisinin istehsalı 2 493,4 mln. kVt·st olub.
Ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 2 224,9 mln. kVt·st, SES-lərdə 218,3 mln. kVt·st, digər mənbələr üzrə isə 50,2 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 2,9 mln. kVt·st, günəş elektrik stansiyalarında 26,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 20,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 96,4 mln. kVt·st artım qeydə alınıb.
Ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2 232,6 mln. kVt·st (İES-lərdə 2 021,6 mln. kVt·st, SES-lərdə 211,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 32,0 mln. kVt·st (İES-lərdə 22,4 mln. kVt·st, SES-lərdə 6,4 mln. kVt·st, GES-də 3,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 2,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 226,8 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 157,4 mln. kVt·st, idxalı isə 11,2 mln. kVt·st olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
1 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 39 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)






.jpg)



