AccessBank 100 ən çox vergi ödəyən şirkətlər sırasında
AccessBank Azərbaycanın 100 ən çox vergi ödəyən şirkəti sırasına daxil olub.
MArja xəbər verir ki, AccessBank 2024-cü ildə dövlət büdcəsinə ödədiyi 14,9 milyon manat vergi məbləği ilə siyahıda 73-cü yeri tutub.
"Bu nüfuzlu siyahıya daxil olmaq, bankın vergi öhdəliklərini tam şəkildə yerinə yetirdiyini və ölkə iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfəni bir daha təsdiqləyir. Bu uğur yalnız AccessBank-ın maliyyə sabitliyini deyil, həm də vergi öhdəliklərinə olan məsuliyyətli yanaşmasını əks etdirir ki, bu da ölkə iqtisadiyyatında mühüm rol oynayan maliyyə sektorunun ayrılmaz biz hissəsidir.
100 ən çox vergi ödəyən şirkətlər siyahısının dərc edilməsi, vergi sahəsində şəffaflığın təmin olunduğunu göstərir. Vergi ödəyiciləri sırasına daxil olmaq təkcə hüquqi tələblərə uyğunluğu deyil, həm də ölkə iqtisadiyyatına qarşı sosial məsuliyyətin göstəricisidir. Bu cür siyahılar digər şirkətləri və maliyyə qurumlarını da vergi öhdəliklərini düzgün yerinə yetirməyə və vergiləri vaxtında ödəməyə təşviq edir, bununla da vergi sisteminin güclənməsinə və şəffaflığın artırılmasına töhfə verir.
AccessBank gələcəkdə də fəaliyyətini şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq davam etdirəcək, növbəti dövrlərdə də müştərilərə keyfiyyətli xidmətlərin göstərilməsi, iş yerlərinin yaradılması, dayanıqlı inkişafın dəstəklənməsi və iqtisadiyyatın artımına tövhə - bankın fəaliyyətinin əsas prioritetlərindəndir",- AccessBank-ın məlumatda deyilir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)




.jpg)






