“Reuters”: ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmaq niyyətindədir

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya qarşı sanksiyaları potensial olaraq yumşaltmaq üçün plan hazırlayır.
Marja.az xəbər verir ki, "Reuters" ABŞ rəsmisinə və başqa mənbəyə istinadən xəbər verir.
Mənbələr bildiriblər ki, Ağ Ev Dövlət Departamentinə və Maliyyə Nazirliyinə diplomatik və iqtisadi münasibətlərin normallaşdırılması üzrə danışıqların bir hissəsi kimi yaxın günlərdə Rusiya nümayəndələri ilə müzakirə etmək üçün yumşaldıla biləcək sanksiyaların siyahısını təqdim etməyi tapşırıb.
Fevralın 12-də Amerika prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar baş tutub. Sonra daha bir görüş İstanbulda baş tutub.
Agentliyin məlumatına görə, hazırda bəzi hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı iş adamlarına qarşı sanksiyaların ləğvi ilə bağlı təklif hazırlanır.
Ötən həftə Tramp istisna etməyib ki, “nə vaxtsa” Vaşinqton Moskvaya qarşı məhdudiyyətləri aradan qaldıra bilər. “Ancaq indi biz heç kimə qarşı sanksiyaları ləğv etmək barədə razılığa gəlməmişik”, - o qeyd edib.
Tramp vurğulayıb ki, sanksiyaların ləğvi yalnız sülh sazişi bağlandıqdan sonra mümkündür. Amerika lideri daha sonra 2014, 2018 və 2022-ci illərdə Ukraynaya görə tətbiq edilən məhdudiyyətləri bir il uzadıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sanksiyalar Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara mane olmayacaq: “Sanksiyalar tez bir zamanda tətbiq oluna bilər və istəsə, tez bir zamanda ləğv edilə bilər. Və istəsə, bu sanksiyalar onilliklər ərzində qüvvədə qala bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 12 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
14 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
