Türkiyə ilə Azərbaycan arasında imzalanmış mühüm Saziş qüvvəyə mindi
Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında Qanun Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minib.
Xatırladaq ki, 14 may 2024-cü il tarixində İstanbulda imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişi” imzalanmışdı.
Saziş İğdır-Naxçıvan kəməri vasitəsilə Naxçıvana təbii qazın təchizatını da nəzərdə tutur.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək. Bundan başqa, səfər çərçivəsində 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin videobağlantı vasitəsilə açılış mərasimi keçiriləcək.
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişindən:
1. Sazişin əhatə dairəsi
1.1. Tərəflər Azərbaycandan və üçüncü ölkələrdən öz əraziləri vasitəsilə təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tranziti ilə bağlı əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
1.2. Tərəflər Azərbaycandan Türkiyəyə və (və ya) Türkiyə vasitəsilə üçüncü ölkələrə çatdırılacaq mövcud həcmlərdən əlavə təbii qazın ümumi həcminin ən azı 40%-nin “Azərbaycan Qaz Təchizatı Şirkəti” və “BOTAŞ” arasında 2011-ci il 25 oktyabr tarixli “Təbiiqazın alqı-satqısı Müqaviləsi” ilə eyni kommersiya qayda və şərtləri əsasında BOTAŞ-a təklif edilməsini (“40-60 prinsipi”) təmin edirlər.
1.3. Tərəflər öz milli neft-qaz şirkətləri SOCAR və BOTAŞ vasitəsilə aşağıdakı müddəalarla bağlı əməkdaşlıq etməyə və onları bu Saziş ilə müəyyən edilmiş prinsiplər və şərtlərə əsasən həyata keçirməyə razılaşırlar:
(a) Türkgözü çatdırılma məntəqəsində Azərbaycandan Türkiyəyə təbii qazın çatdırılması və eyni həcmdə təbii qazın Malkoçlar çatdırılma məntəqəsində mübadilə müqaviləsi yolu ilə yenidən çatdırılması (“Türkgözü-Malkoçlar mübadilə müqaviləsi”).
(b) BOTAŞ-ın “Şahdəniz” layihəsindən satın aldığı həcmlərdən SOCAR-ın Türkiyədə fəaliyyət göstərən törəmə müəssisələrinə təbii qazı ardıcıl əsasda təchiz etməsi (“Ardıcıl alqı-satqı müqaviləsi”).
(c) BOTAŞ-a məxsus təbii qazın Türkmənistandan İran, Azərbaycan və (və ya) Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə çatdırılması (“Türkmənistan qazının tranziti”).
(d) İğdır-Naxçıvan kəməri vasitəsilə Naxçıvana təbii qazın təchizatı (“Naxçıvana təchizat”).
(e) Malkoçlar və Kipi qaz çatdırılma çıxış məntəqələrinin genişləndirilməsi (“Çıxış məntəqələrinin genişləndirilməsi”).
(f) TANAP və Cənubi Qafqaz Boru Kəmərinin (“CQBK”) genişləndirilməsi (“TANAP və CQBK-nin genişləndirilməsi”).
(g) “Azərbaycan Qaz Təchizatı Şirkəti” və BOTAŞ arasında 2021-ci il 30 sentyabr tarixli “Təbii qazın alqı-satqı Müqaviləsi”nin müddəti başa çatdıqdan sonra Türkgözü çatdırılma məntəqəsində BOTAŞ-a təbii qazın təchizatı (“Rollover qaz müqaviləsindən sonrakı qaz təchizatı”).
2. Türkgözü-Malkoçlar mübadilə müqaviləsi
2.1. Tərəflər SOCAR və BOTAŞ-ın 2024-cü il 18 iyun tarixindən başlayaraq 2026-cı il 31 dekabr tarixindək Türkgözü və Malkoçlar çatdırılma məntəqələri arasında mübadilə üzrə müqavilə bağlamalarını təmin edirlər.
2.2. Tərəflər SOCAR və BOTAŞ-ın “40-60 prinsipi” əsasında qaz alqı-satqısı müqaviləsi bağlamalarını təmin edirlər.
3. Ardıcıl alqı-satqı müqaviləsi
3.1. BOTAŞ “Şahdəniz” layihəsindən aldığı təbii qazdan 2025-2028-ci illər ərzində illik 1.7 milyard kubmetrədək təbii qazın SOCAR-ın Türkiyədəki törəmə müəssisəsinə çatdırır.
3.2. Hər çatdırma ili üzrə SOCAR-ın törəmə müəssisəsi üçün təbii qazın illik müqavilə həcmlərinin 1,1 milyard kubmetri TANAP çatdırılma məntəqəsində, yerdə qalan 0,6 milyard kubmetr qaz həcmi ya TANAP çatdırılma məntəqəsində, ya da texniki imkanlardan asılı olaraq Türkgözü çatdırılma məntəqəsində çatdırılır və bu, SOCAR və BOTAŞ-ın qarşılıqlı razılığı əsasında müəyyən edilir.
3.3. BOTAŞ-ın çatdıracağı təbii qaz həcmləri üçün qiymət BOTAŞ-ın “Şahdəniz” layihəsindən aldığı təbii qazın qiymətinin və BOTAŞ-ın müvafiq giriş məntəqələrindən həcmlərin çatdırılması ilə bağlı yaranan hər hansı aidiyyəti daşınma xərclərinin cəminə mütənasib olur.
3.4. Əlavə qayda və şərtlər BOTAŞ və SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi arasında 2025-2028-ci illər üçün imzalanacaq müqavilələrlə müəyyən edilir.
4. Türkmənistan qazının tranziti
Tərəflər razılaşırlar ki, BOTAŞ və SOCAR, SOCAR-ın BOTAŞ tərəfindən Türkmənistandan alınan və BOTAŞ-a Türkgözü çatdırılma məntəqəsində yenidən çatdırılacaq təbii qazın Azərbaycan Respublikasının və Gürcüstanın ərazisi vasitəsilə tranzitini 2026-cı ilin sonunadək təmin etməsi barədə saziş bağlayacaqlar.
5. Naxçıvana təchizat
Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin dəstəklənməsi məqsədilə, SOCAR (və ya Azərbaycan Hökuməti tərəfindən səlahiyyət verilmiş digər müvafiq qurumlar) və BOTAŞ (və (və ya) onun müvafiq törəmə müəssisəsi) Türkgözü çatdırılma məntəqəsi və (və ya) Eskişehir çatdırılma məntəqəsi (çatdırılma məntəqəsi SOCAR-ın seçimindən asılıdır) vasitəsilə BOTAŞ-ın operatoru olduğu Türkiyə təbii qazötürücü sistemi və Naxçıvan Muxtar Respublikası istiqamətində İğdır-Naxçıvan kəməri vasitəsilə Azərbaycandan Naxçıvana təbii qazın təchizatı barədə saziş bağlayacaqlar.
6. Çıxış məntəqələrinin genişləndirilməsi
Tərəflər Türkiyədən xaricə daha çox təbii qaz həcmlərinin axınını təmin etmək üçün Malkoçlar və Kipi çıxış məntəqələri ilə həmsərhəd olan üçüncü ölkələrdə təbii qazın ötürülməsi infrastrukturlarının genişləndirilməsinin təşviqinə və dəstəklənməsinə dair birgə səy göstərməyə razılaşırlar.
7. TANAP və CQBK-nin genişləndirilməsi
7.1. Azərbaycan Hökuməti CQBK-ni və potensial olaraq TANAP-ı genişləndirmək məqsədini və genişləndirilmiş ötürücülük qabiliyyətinin ən qısa müddətdə mövcud olması niyyətini ifadə edir.
7.2. Tərəflər, ötürücülük qabiliyyətinin nəzərdə tutulan genişlənməsinə nail olmaq məqsədilə müvafiq şirkətlər tərəfindən həyata keçiriləcək hər hansı fəaliyyətləri asanlaşdırmaq üçün əməkdaşlıq etməyə razılaşırlar.
8. Rollover qaz təchizatı müqaviləsindən sonrakı təchizat
Azərbaycan Hökuməti Rollover qaz təchizatı müqaviləsinin müddətinin bitməsindən sonra Türkgözü çatdırılma məntəqəsində BOTAŞ-a 2028-ci ilin sonunadək eyni həcmlərdə təbii qazın təchizatını təmin edir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)










