"Chery" şirkəti Türkiyəyə 1 milyard dollar sərmayə yatıracaq
Türkiyə Prezidenti Tayyib Ərdoğan ölkənin Samsun şəhərində quracağı illik 200 min ədəd gücündə atomobil zavodu üçün təşəkkürnamə təqdim edib.
Marja xəbər verir ki, keçən il investisiya qərarını açıqlayan Çinin avtomobil istehsalçısı BYD-nin ardınca Chery-nin Türkiyəyə 1 milyard dollarlıq sərmayəsi yatırması qərarı keçirilən tədbirdə aydınlaşıb.
Xəbər beynəlxalq mediada dərc edildikdən sonra Çinin avtomobil istehsalçısı Chery, istehsal müəssisəsi quracaq bir tərəfdaşla Türkiyədə fəaliyyətlərini genişləndirəcəyini açıqlayıb.
Türkiyə Sənaye Nazirliyinin rəsmisi "Reuters" agentliyinə bildirib: "Prezident Ərdoğan Türkiyədə həyata keçiriləcək 9,2 milyard dollarlıq 19 yeni sərmayəni açıqlayıb. Şirkət nümayəndələrinə təşəkkürnamələr verilib. Bunlar arasında Chery də var. Chery tərəfdaşı ilə Samsuna 1 milyard dollar sərmayə yatıraraq istehsal müəssisəsi quracaq".
Ərdoğanın təşəkkürnamə təqdim etdiyi tədbirdə Samsunda qurulacaq illik 200 min avtomobil gücündə zavodda yeni nəsil elektromobillər və ehtiyat hissələrinin istehsal ediləcəyi, layihədə Araşdırma və İnkişaf Mərkəzinin də yer alacağı bildirilib. 1 milyard dollar investisiyanın nəzərdə tutulduğu və 5 min nəfərin işlə təmin olunacağı bildirilib.
Türkiyənin "Sənaye və Texnologiya Strategiyası - 2030" tanıtım proqramının ardından, Ərdoğan Türkiyəyə sərmayə yatıran şirkətlərə təşəkkürnamələri təqdim edib.
Digər Çin avtomobil istehsalçısı BYD də keçən il Türkiyənin Manisa şəhərində 150 min avtomobil gücündə zavod qurmaq üçün 1 milyard dollar sərmayə yatırmağa qərar verib.
Chery ilə yanaşı, SAIC-in də Türkiyəyə investisiya etmək üçün danışıqlar apardığı bilinir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 26 d. əvvəl
-
-
42 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)







.jpg)






