Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ prezidenti Donald Trampın 2 aprel tarixində "Azadlıq Günü"-nü elan edərək 180-dən çox ölkədən idxal olunan məhsullara "qarşılıqlı" tariflər tətbiq etməsi fonunda major valyutalar qarşısında ucuzlaşan dollar, ötən həftənin son ticarət günü Amerikada əmək bazarı, xüsusilə də “NFP” hesabatının proqnozların üzərində açıqlanmasından sonra bir qədər bahalaşdı.
ABŞ-ın Əmək Nazirliyinin məlumatına əsasən, ölkənin Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) noyabr ayında 228 min artaraq bazar proqnozlarını üstələyib və son üç ayın ən yüksək göstəricisinə çatıb. Ekpertlər isə artımın 137 min təşkil edəcəyini proqnozlaşdırmışdılar.
Həmçinin, ölkədə İşsizlik Səviyyəsi fevral ayı ilə müqayisədə mart ayında 4.1%-dən 4.2%-ə qədər yüksələrək 2024-cü ilin noyabr ayından bəri ən yüksək həddə qalxıb. Analitiklər isə göstəricinin 4.1% səviyyəsində qalacağını ehtimal edirdilər.
Özəl sektorda Orta Saatlıq Əmək Haqqı fevral ayı ilə müqayisədə mart ayında 0.3% artaraq 36$ təşkil edib. İllik ifadədə göstərici 3.8% yüksəlib. Ekspertlərinin proqnozu müvafiq olaraq 0.3%-lik və 3.9%-lik artımın olacağını nəzərdə tuturdu.
Nəticədə, 1.11450 hədlərini test edən EUR/USD məzənnəsi 1.09420 hədlərinə kimi gerilədi. GBP/USD məzənnəsi isə 1.32060 səviyyəsi yoxladıqdan sonra, 1.28770 səviyyəsinədək ucuzlaşdı.
Major valyutaların bahalaşması, bu valyutaların daha az əməliyyat xərcləri ilə gəlir əldə etmək istəyən investorların əsas yatırım alətinə çevrilmələrinə səbəb oldu. Nəticədə, qızıla tələbin azalması səbəbilə qiymətli metal 3167.60$-lıq tarixi maksimumlarından kəskin geri çəkilmə yaşadı və 2970.50$-a kimi ucuzlaşdı.
Cari həftə ərzində isə Amerikada, Almaniyada dərc olunacaq İsteklak Qiymətləri İndeksi (CPİ) və İstehsal Qiymətləri İndeksi (PPİ), eləcə də İngiltərədə yayımlanacaq Ümumdaxili Məhsulun Həcminə dair göstəricilər dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.
Bu həftə eləcə də, Yeni Zellandiya Ehtiyyatlar Bankının faiz qərarı və Federal Ehtiyyatlar Sisteminin son toplantısının dərc olunacaq protokolları investorların diqqət mərkəzində saxlayacaqları əsas xəbərlər arasında yer alırlar.
EUR
İnvestorların Amerikanın xarici ticarət siyasətində yaşanan dəyişikliklər, ABŞ prezidenti Donald Trampın avropa mallarına tətbiq etdiyi son gömrük tariflərinin gələcək təsirlərini qiymətləndirmələri səbəbilə dolların dünya birjalarında kəskin ucuzlaşması fonunda EURUSD məzənnəsi bahalaşaraq 1.11450 hədlərinə yüksəldi. Lakin, Amerikada proqnozların üzərində açıqlanan əmək bazarı hesabatından sonra 1.09420 hədlərinə kimi geriləyən məzənnə həftəni 1.09630 səviyyəsində tamamladı.
Hazırda 1.09500 səviyyəsində ticarət olunan EURUSD məzənnəsində “buğalar”.qiyməti 1.10$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftə 1.32$ həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, “ayılar”ın müqaviməti ilə üzləşərək həftənin son ticarət günü 1.28770 hədlərinə kimi ucuzlaşdı. Hazırda 1.28900 səviyyəsində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.30$ həddinin üzərinə qaytara və qiyməti burada saxlaya bilsələr, funt-sterlinqdə artım tendensiyası davam edə bilər.
Bu həftə İngiltərədə açıqlanacaq ÜDM hesabatı funtun qiymətlərinə ciddi təsri edə bilər.
XAU/USD
Artan qlobal iqtisadi və geosiyasi risklər, gərginləşən ticarət savaşları, Amerika iqtisadiyyatında güclənən resessiya qorxuları fonunda ötən həftə sürətlə bahalaşıb 3167.60$ həddini test edən qızıl, investorların kar satışları və əməliyyatlarını bahalaşan major valyutalara daşıması fonunda 2970.50$-a kimi ucuzlaşdı. Hazırda, 3018$-dan ticarət olunan qiymətli metalda artım tendensiyasının davam etməsi üçün “buğalar”ın qiyməti 3000$ həddinin üzərində qoruyub saxlamaları mütləq şərtdir. Analitik şirkətlərin ehtimallarına əsasən, mövcud iqtisadi və geosiyasi şərait davam edərsə, “sarı metal” 3500$ - 3700$-a kimi bahalaşa bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
5 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
7 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
9 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
9 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
9 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir























