Yaponiyanın texnologiya şirkəti insanları daşıya bilən robot iti təqdim edib
"Kawasaki Heavy Industries" şirkəti hidrogen yanacağı ilə işləyən, süni intellektlə dəstəklənən və çətin ərazilərdə hərəkət edə bilən yeni dördayaqlı robotu Corleo-nu təqdim edib. İnsan daşıma qabiliyyəti ilə diqqət çəkən Corleo, fərdi hərəkətlilik, axtarış-xilasetmə və yük daşımaları kimi sahələrdə istifadə ediləcək.Yaponiyanın texnologiya şirkəti "Kawasaki Heavy Industries", robot texnologiyaları sahəsində inkişaf etdirdiyi yeni dördayaqlı robotu "Corleo"nu ictimaiyyətə təqdim edib. İlk dəfə 2025-ci il Osaka Ümumdünya Sərgisində (Expo 2025) nümayiş etdirilən Corleo insanları daşıya bilir.
MArja xəbər vverir ki, Corleo ənənəvi robot it dizaynlarından kənara çıxır və həm sənaye, həm də fərdi istifadə üçün hazırlanmışdır. Dörd ayaqlı quruluşu ilə çətin ərazilərdə balanslı və sabit bir şəkildə hərəkət edə bilən robot, motor sistemləri ilə böyük insanı kürəyində daşımaq qabiliyyəti ilə dizayn edilib.
Süni intellektlə işləyən naviqasiya
Robotun naviqasiya sistemi süni intellekt alqoritmləri və təkmil sensorlarla təchiz edilib. Bu sistemlər sayəsində Corleo öz mühitini dərk edə və qarşısına çıxan maneələri dəf edə bilir.
Hidrogenlə işləyən mühərrik sistemi
Corleo-nun digər diqqətəlayiq xüsusiyyəti onun hidrogen yanacağı ilə işləməsidir. Bu baxımdan ekoloji cəhətdən təmiz enerji sistemlərindən istifadə edən azsaylı robotlar sırasındadır.
Corleo təkcə nəqliyyat vasitəsi deyil; Axtarış-xilasetmə əməliyyatları, yük daşıma fəaliyyətləri və şəxsi nəqliyyat kimi müxtəlif sahələrə xidmət etmək üçün hazırlanmışdır. Şirkət rəsmiləri bildirdilər ki, bu həm də fərdi mobillik həlli hesab olunur: xüsusilə yaşlılar və hərəkət qabiliyyəti məhdud insanlar üçün.
İnkişaf prosesi davam edir
Kawasaki şirkətinin nümayəndələri, Corleo-nun hələ inkişaf mərhələsində olduğunu və qarşıdakı dövrdə daha geniş testlərdən keçəcəyini açıqlayıb. Şirkət belə robot həllərin gələcəkdə şəhər nəqliyyat sistemlərinin bir hissəsi ola biləcəyini nəzərdə tutur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Ən çox oxunanlar
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















