Daha 7 mikro və kiçik sahibkar "Startap" şəhadətnaməsi aldı, 3 il vergiləri ödəməyəcəklər - ADLARI
Daha 7 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verildib. İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 200-ü ötüb.
“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Marja-ya verilən məlumata görə, müraciətlərə Ekspertlər Şurasının növbəti iclasında baxılıb və onlardan 7-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 206-ya çatıb.
“Startap” şəhadətnamələri "Aprimus" MMC-nin tibbi xidmətlərin qeydiyyatı, nəzarət və analiz platforması, "Nomadman Studio" MMC-nin kompüter oyunlarının istehsalı, "Poolin İnsurtech" MMC-nin “insurtech” sığorta həlləri üçün onlayn platforması, "Remart Digital Solutions" MMC-nin yaşayış kompleksləri üçün onlayn satış və biznes proseslərinin idarəetmə platforması, "Novalingua" MMC-nin xarici dillərin öyrədilməsi və qiymətləndirilməsi üçün süni intellekt əsaslı onlayn platforması, "Tokaz" MMC-nin elektrik avtomobilləri üçün şarj stansiyalarının idarə ediməsi üçün mobil tətbiqi və fiziki şəxs Bəhruz Qədirovun müəllif ideyalarını və layihələri investorlara təqdim etmək üçün onlayn platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 21 saat sonra
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
29 d. əvvəl
Dəyəri 4 trilyon dollara yaxınlaşdı - Dünyada ikinci ən dəyərli şirkətdir
-
39 d. əvvəl
Azərbaycanda Sukukun tətbiqi - Araşdırma aparılıb, nəticələri müzakirə olunub
- 41 d. əvvəl
-
56 d. əvvəl
“ParaBOKT”da Əmanətlərin Sığortalanması Fonduna ötürülmüş kredit üzrə yenilik
-
1 saat əvvəl
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Tələbələrə şad xəbər - Gənclərə yeni qapılar açılır

Qaradağ GES-də mühüm mərhələ - TƏDBİR KEÇİRİLİB

Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Ən çox oxunanlar

Mühüm qərar sabah saat 10:00-da dərc olunacaq

Azərbaycan neftinin son qiyməti

Gürcüstan 9 ayda Azərbaycana 21 milyon dollarlıq mal-qara satıb

iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr!

Azərbaycanda 8 layihə üçün 200 milyon avroya yaxın kredit ayırıb - 28 FAİZƏ YAXIN ARTIM
