Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atıldı
Pepsi, Natura, Jalə, Zolotoy sad, I'm tea, Mia, Chipsim kimi qida məhsullarının istehsal edildiyi Qəbələ Qida Şəhərciyində təbiətin qorunması istiqamətində önəmli addım atılıb.
(®) Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atılıb. İlk dəfə olaraq, Qəbələ Qida Şəhərciyinin ərazisində yerləşən Qəbələ Konserv Zavodu tullantı sularının təmizləmə qurğusunun modernizasiyası zamanı Hərəkətli Yataq Bio-Reaktor (MBBR) Texnologiyasını uğurla tətbiq edib. Bu innovativ həll mövcud təmizləmə sistemlərinin gücünü artıraraq daha səmərəli, ekoloji təmiz və aşağı istismar xərcləri ilə çalışan, az enerji sərf edən, şirkətin dayanıqlılıq hədəflərinə uyğun bir sistem qurmağa imkan yaradır.
Qəbələ Konserv Zavodunun tullantı sularının təmizlənməsi prosesinin modernizasiyası nəticəsində zavodun mövcud su təmizləmə gücü günlük 600 m³-dən 2400 m³-ə yüksəldilmişdir. Bununla da Pepsi, Natura, Jalə, Zolotoy sad, I'm tea, Mia, Chipsim kimi markalar altında müxtəlif sevilən qida məhsullarının istehsal edildiyi Qəbələ Qida Şəhərciyində həm istehsalın dayanıqlılığı, həm də təbiətin qorunması istiqamətində önəmli addım atılmışdır.
Ərazidə tətbiq edilən MBBR texnologiyası yalnız texnoloji irəliləyiş deyil, eyni zamanda ekoloji dayanıqlıq və davamlı inkişaf baxımından əhəmiyyətli bir addımdır. Sistemin yüksək təmizləmə qabiliyyəti su ehtiyatlarının qorunmasına, təkrar istifadəyə və çaylara axıdılan çirkləndirici maddələrin azalmasını təmin edir. Bu isə ətraf mühitin mühafizəsi və sağlam ekosistemlərin qorunması baxımından mühüm rol oynayır. Eyni zamanda, təmiz su və sağlam ekosistemlər bölgədə yaşayan yerli əhali üçün daha sağlam həyat şəraiti yaradır, su ilə bağlı xəstəliklərin və ətraf mühitə bağlı risklərin azalmasına səbəb olur.
Ekoloji baxımdan təmiz və davamlı fəaliyyət, həmçinin bölgədə kənd təsərrüfatının və turizmin inkişafı üçün də əlverişli zəmin formalaşdırır. Azərbaycanda tullantı sularının daha səmərəli idarə olunması və ekoloji dayanıqlığın artırılması istiqamətində atılan bu addım, ölkənin sənaye və ekoloji siyasəti ilə yanaşı yerli əhalinin rifahı üçün də böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, MBBR texnologiyasının uğurlu tətbiqlərinə dünya üzrə Böyük Britaniya, Almaniya, İsveçrə daxil olmaqla bir çox iri müəssisə və şəhər su təmizləmə qurğularında rast gəlinir.
Novex Group MMC-nin tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu müasir texnologiyalara əsaslanan istehsal prosesi və yüksək keyfiyyətli məhsulları ilə seçilir. Zavodda istehsal olunan meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız sərinləşdirici içkilər həm yerli, həm də beynəlxalq bazarlarda geniş tələbat qazanaraq, Azərbaycan qida sənayesində mühüm yer tutur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 46 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
1 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
1 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
