"Təkcə apreldə 13 milyon manatlıq istehsala tam və yaxud qismən ziyan dəyib"
Təkcə aprel ayında Aqrar Sığorta Fonduna edilən müraciətlər deməyə əsas verir ki, ölkədə sığortalanmış 13 milyon manatlıq istehsala tam və yaxud qismən ziyan dəyib.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda bu gün keçirilən ictimai dinləmədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.
O qeyd edib ki, bu ay baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz üzə qoyub: “İlin əvvəlindən isə artıq 26 milyon manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciətlər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur”.
F.Sadıqovun sözlərinə görə, aqrar sığorta modelinin müsbət nəticələri qısa müddətə baxmayaraq artıq göz qabağındadır: “2024 cü il aqrar sığorta sitemi üçün kütləviləşmə ili olub. Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 30 %-i, yəni 450 000 hektarı sığorta təminatı altına alınıb. Eləcədə bitkiçilik üzrə aqrar istehsalın 8 %-i sığortalanıb və fondun üzərinə götürdüyü sığorta öhdəlikləri 450 milyon manat təşkil edib. Bağladığımız müqavilələrin sayı 57 minə çatıb, zərər ödənişlərimiz isə 15 milyon manatı ötüb”.
O, qeyd edib ki, sığorta hadisələrinə görə ödənilən təzminatlar ildən ilə artır, bu da zərərçəkənlərə fəaliyyətlərini bərpa etməyə və kənd təsərrüfatı fəaliyyətlərini əhəmiyyətli axsamalar olmadan davam etdirməyə imkan verib.
“Yalnız son iki ildə fermerlərə ödənilmiş təzminatların həcmi 12 milyon manat təşkil edib. Bu da, öz növbəsində, Azərbaycanda aqrar sektorun ümumi artımına və inkişafına, daha dayanıqlı kənd təsərrüfatı mənzərəsinin formalaşmasına töhfə verib. Eyni zamanda, sistemin kapitallaşması davam edir və maliyyə dayanıqlığı kifayyət qədər sabitdir. Belə ki, fondun aktivləri 9 milyon manatdan 30 milyon manata çatıb və fondun öhdəliklərini icra etməyə kifayyət qədər likvid aktivləri mövcuddur”,- deyə o vurğulayıb.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
20 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























