Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Danimarka İxrac və İnvestisiya Fondunun Maliyyə direktoru Kare Stamer Andreasenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir müavini qonaqlara ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib. Sarvan Cəfərov ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb, Danimarka İxrac və İnvestisiya Fondu ilə əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırıb.
İşğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji zonası” elan edildiyini, bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladan Sarvan Cəfərov Azərbaycan Respublikasının bu prosesdə mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi sahəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bildirib.
Danimarka İxrac və İnvestisiya Fondunun Maliyyə direktoru Kare Stamer Andreasen etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, müxtəlif ölkələrdə gördüyü işlər, o cümlədən kənd təsərrüfatı ilə bağlı maliyyələşdirilən layihələr barədə məlumat verib. O bildirib ki, təmsil etdiyi fond Azərbaycanla bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Görüşdə Danimarka İxrac və İnvestisiya Fondu ilə aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub. Tərəflər aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində rəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu sahədə ən müasir texnologiyaların transferi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 34 d. əvvəl
- 43 d. əvvəl
-
54 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb












.jpg)



.jpg)







