Azərbaycan fevralda Türkiyəyə qaz nəqlini 13 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə ümumilikdə 1 milyard 671,86 milyon kubmetr təbii qaz ixrac edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 1,1 % çoxdur.
Bu ilin fevral ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 876,47 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 13 % çoxdur.
Bununla da fevralda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13,62 %-i Azərbaycanın payına düşüb.
Ümumilikdə isə bu ilin yanvar-fevral aylarında Türkiyə 12 milyard 851 ,9 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur. Təkcə fevralda isə Türkiyə ümumilikdə 6 milyard 433,02 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da bir il öncəki göstəricisi ilə müqayisədə 16,64 % çoxdur.
Fevralda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. Rusiyadan Türkiyəyə 2 milyard 410,57 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin fevral ayı ilə müqayisədə 12,58 % azdır. İkinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə fevralda Türkiyəyə 2 milyard 019,92 milyon kubmetr qaz nəql edib. İl ərzində ABŞ-dən Türkiyəyə qaz nəqli 2,04 dəfə artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
© “Report”
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
6 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
7 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
