Neftin qiyməti 57 dollar ətrafında qalır
ABŞ-da qazılan neft quyularının sayının artmasına baxmayaraq, OPEC üzvlərinin və kartelə daxil olmayan 11 ölkənin hasilatın azaldılması razılaşmasına tabe olduqlarını nümayiş etdirmələrilə neft qiymtləri sabitləşir.
Baker Hughes Inc.-yə görə, ABŞ-da qazılan quyuların sayı ardıcıl 10-uncu həftə də artaraq son bir ilin ən yüksək səviyyəsinə qalxıb. OPEC-in Baş katibi Mohammad Barkindo, Küveytin rəsmi xəbər agentliyinə verdiyi müsahibədə, hasliatı azaltmağa başlayan OPEC üzvləri arasında Səudiyyə Ərəbistanının da yer aldığını qeyd edib.
Neft ötən il, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və kartelə daxil olmayan 11 ölkənin qlobal hasilat artığını azaltmaq məqsədilə 1 Yanvardan etibarən istehsalı mərhələli azaltmaq məsələsində razılığa gəlməsi ilə birlikdə, 2009-dan bu yana ən böyük illik qiymət artımını həyata keçirib.
Küveyt, İraq və Oman kimi neft istehsalçıları istehsalı azaltmağa başladıqlarını qeyd ediblər. Aralarında müqavilədən kənar saxlanılan Liviyanın da olduğu bəzi ölkələrin həcmlərindəki artım digər ölkələr üzərində təzyiq yarada bilər.
Analitiklər bildirirlər ki, neft bazarı müvəqqəti tarazlıq tapıb.
Bakı vaxtı ilə saat 07:45-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 53.66 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 56.95 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























