Yeni elektron xidmət: Sifarişçi İcraçının kommersiya sirri məlumatlarına baxa biləcək
Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verildiVergi orqanları tərəfindən vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin müasirləşdirilməsi və rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına onların icazəsi ilə çıxış əldə edilməsi vergi ödəyicilərinin hüquqlarına aiddir. Eyni zamanda, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq əmtəələrin mövcudluğunun, təcrübəyə, işçilərə və digər resurslara malik olmasının yoxlanılması məqsədilə onlar barəsində müvafiq təsdiqedici sənədlər almaq vergi ödəyicilərinin vəzifələri sırasındadır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiq edilib. Qaydalara uyğun olaraq, eyni zamanda, Dövlət Vergi Xidmətinin (DVX) inzibati yükünü artırmadan onun informasiya sistemlərində vergi ödəyicisinə aid kommersiya və vergi sirri təşkil edən məlumatların ötürülməsinə, yaxud idarə edilməsinə imkan verən “Kontragentləri araşdır” yeni elektron xidməti yaradılıb.
“Kontragentləri araşdır” elektron xidmətindən istifadə gücləndirilmiş elektron imza vasitəsilə vergi ödəyicilərinin vergi orqanlarında olan elektron kabinetləri üzərindən həyata keçirilir. Bu zaman sorğu edən şəxs müvafiq ekran vasitəsilə qarşı tərəfin (kontragentin) VÖEN-ini daxil etməklə ona vergi orqanında olan, o cümlədən kommersiya (vergi) sirri təşkil edən məlumatlara baxış imkanının verilməsi ilə bağlı sorğu göndərir. Sorğu edilən tərəf (kontragent) bu sorğunu qəbul və ya məlumatların açıqlanmasından imtina edə bilər.
Xidmətdən istifadə nəticəsində digər dövlət qurumları, bank və başqa maliyyə təşkilatları tərəfindən vergi ödəyicilərinin DVX-yə yönləndirilməklə kağız daşıyıcısında təsdiq olunmuş arayışlar əldə etməsinə ehtiyac qalmır. Eyni zamanda, elektron xidmət vergi ödəyicilərinin əmtəəsiz əməliyyat aparan (riskli), şəffaf fəaliyyət göstərməyən ticarət partnyorları ilə bağlı riskləri minimallaşdırmağa imkan verəcək.
Elektron xidmət bir çox imkanlara malikdir. Bu xidmət vergi ödəyiciləri üçün kontragentlər ilə işin risklərinin qiymətləndirilməsinə, vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində tərəfdaşları haqqında DVX-də mövcud və qanuni (leqal) sayılan məlumatların əldə olunmasına, sorğu edən və sorğu göndərilmiş vergi ödəyicisinin fəaliyyəti ilə bağlı məlumatlara baxmasına və fəaliyyətinin qiymətləndirilməsinə imkan verir.
Bununla yanaşı, “Kontragentləri araşdır” elektron xidməti ictimai nəzarət funksiyasını yerinə yetirməklə vergi ödəyicilərinin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələrini təşviq edəcək. Belə ki, qarşı tərəfin müvafiq məlumatların əldə olunması barədə sorğulardan imtina etməsi biznes fəaliyyəti zamanı sonradan yarana biləcək maliyyə itkilərinin və digər neqativ halların qarşısını almağa imkan verəcək.
Eyni zamanda, kontragentlərlə bağlı məlumatların əldə olunması imkanı riskli vergi ödəyiciləri ilə əməliyyatların sayının azalmasına, riskli əməliyyatların aparılmasına görə Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin, əlavə vergi hesablamaların qarşısının alınmasına xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
- 22 d. əvvəl
-
33 d. əvvəl
"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"
-
50 d. əvvəl
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
-
56 d. əvvəl
"Uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsiri müşahidə olunub"
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu İsveçrədə keçirilən “Snow Polo World Cup 2026”-da iştirak edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank sektoru izafi likvidlik şəraitində fəaliyyət göstərib" - 2,9 milyard manat
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
m10-da yaranmış fasilə ilə bağlı bəyanat
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
Mərkəzi Bankın sədri profisitin azalacağını bəyan etdi
Ən çox oxunanlar
Taleh Kazımov 2026–2027-ci illər üzrə proqnozları açıqladı
Ən çox xarici borcu olan dövlət qurumları
"Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb"



























