Xalq Bank 1 milyard dollarlıq kreditləşmədə iştirak edib
Xalq Bank Türk Eximbankın sindikat kreditləşməsində iştirak edibXalq Bank Türk Eximbankın (Türkiye İhracat Kredi Bankası A.Ş.) 1 milyard ABŞ dolları məbləğində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.
Xalq Bankın yaydığı məlumatda bildirilir ki, müxtəlif ölkələrdən 33 maliyyə qurumunun yer aldığı layihə üzrə ayrılacaq kreditlər az gəlirli bölgələrdə fəaliyyət göstərən qadın sahibkarlar üçün maliyyə imkanlarının artırılması və “yaşıl məhsullar” ixrac edən sahibkarlara xüsusi maliyyə dəstəyinin göstərilməsi istiqamətində istifadə olunacaq.
Qeyd edilib ki, layihənin kreditləşmə meyarları Xalq Banka dayanıqlı inkişaf və sosial məsuliyyətlə bağlı beynəlxalq standartlara uyğun layihələrə maliyyə dəstəyi vermək imkanı təqdim edir. Xatırladaq ki, davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub və Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürməklə özünün 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının prioritetlərində də nəzərdə tutulmuş ekoloji, sosial və korporativ idarəetmə istiqamətində (ESG) fəaliyyət proqramını davam etdirir.
Türk Eximbank 1987-ci ildən fəaliyyət göstərir və ölkənin dayanıqlı ixrac strategiyasını aktiv dəstəkləyən dövlət bankıdır. 2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır. Qeyd edək ki, Xalq Bank əvvəlki dövrlərdə də ESG və dayanıqlı inkişaf standartlı beynəlxalq sindikat kreditləşməsi layihələrində iştirak etmişdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 13 d. əvvəl
- 37 d. əvvəl
-
46 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
50 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı














.jpg)






