Dolların gələcəyini müəyyən edəcək göstərici açıqlanacaq
Cümə axşamı günü (14 sentyabr) ABŞ-da istehlakçı qiymətləri indeksi (inflyasiya) açıqlanacaqdır. "Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq inflyasiyanın avqustda iyula nisbətən 0,3% artacağı gpözlənilir. Baza inflyasiyanın aylıq 0,2%, illik isə 1,6% artacağı gözlənilir. Fedin böyük əhəmiyyət verdiyi baza inflyasiya iyulda illik 1,7% artmışdı.
Cümə axşamı günü açıqlanacaq kilid əhəmiyyətli istehlakçı qiymətləri göstəricisi ərəfəsində, inflyasiyaya dair narahatlıqların artması ilə, Dolların mühüm valyutalar qarşısında bahalaşması dayanıb.
Dolların 10 mühüm valyuta qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi, Bazar Ertəsi günü 0.6 faiz qalxmasının ardından Çərşənbə Axşamı günkü proseslərdə üfüqi qalıb.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Şimali Koreyanın son raket və nüvə sınaqlarına qarşı yeni sanksiyaları təsdiq edib. Rusiya və Çinin dəstəyini qazanmaq üçün, ABŞ-ın, neft ixracını qadağan etmək və Kim Jong Unun xarici aktvlərini dondurmaq təklifi siyahıya daxil daxil edilməyib. Bu qərar dünən Dolların bir qədər bahalaşmasına səbəb olmuşdu.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı (Fed) inflyasiyanın aşağı qalması səbəbindən faiz artırmağı təxirə salır. Əgər inflyasiya zəif qalarsa Fed-in Dekabrda faiz artıracağı ehtimalı daha da azalacaqdır. Belə bir vəziyyət Dolları daha da ucuzalşdıra bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














