GAC S7 modeli Azərbaycanda təqdim olundu - FOTOLAR
Avtomobil 1.5 litrlik turbo benzin mühərriki və elektromotorlarla birlikdə 501 at gücü təqdim edir. 613 Nm fırlanma anı ilə GAC S7 öz sinfində güc baxımından seçilir. 0-dan 100 km/saat sürətə isə cəmi 5.8 saniyəyə çatır. Modelin qarışıq rejimdə 1150 km-ə qədər məsafə qət etmək imkanı, eləcə də cəmi 17 dəqiqəyə 30%-dən 80%-ə qədər sürətli enerji dolumu xüsusiyyəti onu həm performans, həm də səmərəlilik baxımından diqqətəlayiq edir11 iyun tarixində Bakıda, GAC Showroom-da keçirilən xüsusi tədbirdə GAC Motor-un yeni modeli – GAC S7 ilk dəfə ictimaiyyətə təqdim olunub.
Tədbirin təşkilatçısı GAC brendinin Azərbaycandakı yeganə və rəsmi distribyutoru olan “Auto Azərbaycan” şirkəti idi.
Gecədə media nümayəndələri, avtomobil həvəskarları və dəvətli qonaqlar iştirak ediblər.
Təqdimat zamanı GAC Motor-un qlobal avtomobil sənayesindəki mövqeyi və innovativ yanaşmaları haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, GAC – texnologiya, keyfiyyət və dizayn sahəsində sürətlə yüksələn Çin brendidir. Şirkət Emzoom, Emkoo, GS8, ES9, M8 modelləri ilə yanaşı, Aion ES və Aion S Max kimi elektrikli seriyası ilə də bazarda mühüm yer tutur.
Tədbirdə “Auto Azərbaycan” şirkətinin baş direktoru Emil İsmayılov çıxış edərək, GAC brendinin Azərbaycandakı inkişaf perspektivlərindən söz açıb. Ardınca GAC S7 modelinin ilk rəsmi nümayişi baş tutub.
"Auto Azərbaycan" şirkətinin texniki meneceri Şamxal Yusifov yeni model haqqında məlumat verərkən deyib:
“GAC S7, təkcə texniki göstəriciləri ilə deyil, həm də estetik dizaynı və sürücü yönümlü funksiyaları ilə böyük maraq doğurdu. Avtomobil 1.5 litrlik turbo benzin mühərriki və elektromotorlarla birlikdə 501 at gücü təqdim edir. 613 Nm fırlanma anı ilə GAC S7 öz sinfində güc baxımından seçilir. 0-dan 100 km/saat sürətə isə cəmi 5.8 saniyəyə çatır. Modelin qarışıq rejimdə 1150 km-ə qədər məsafə qət etmək imkanı, eləcə də cəmi 17 dəqiqəyə 30%-dən 80%-ə qədər sürətli enerji dolumu xüsusiyyəti onu həm performans, həm də səmərəlilik baxımından diqqətəlayiq edir. Təhlükəsizlik və idarəetmə sistemləri baxımından da model güclü təchizata malikdir – 540° kamera görünüşü, 11 ədəd kamera, səsli idarəetmə funksiyası və 22 səsgücləndirici ilə GAC S7, sürücü və sərnişinlərə tam fərqli bir təcrübə vəd edir.”
Tədbir interaktiv şəkildə davam etdi. Qonaqlara test sürüşü zamanı GAC S7-ni şəxsən sınaqdan keçirmək imkanı yaradılıb.
GAC S7 təqdimatı texnologiya və dizayna maraq göstərən hər kəs üçün yadda qalan və dinamik bir avtomobil gecəsi olub.
Ətraflı məlumat üçün:
Telefon: +994 (050) 400 09 89
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)





