"Xalq Kapital"ın maliyyə vəziyyəti məlum olub
"Xalq Kapital İnvestisiya Şirkəti” QSC 2024-cü ili 35 min manat xalis zərər ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 62 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, “Xalq Kapital İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 2023-cü ildə 122 min manat ikən, 2024-cü ildə 55 min manat təşkil edib. O cümlədən, əqdlər üzrə komissiyon gəlirləri 2 dəfədən çox azalaraq 113 min manatdan 45 min manata geriləyib. Şirkətin əməliyyat xərcləri isə 83 min manatdan 118 min manata düşüb.
31 dekabr 2024-cü il tarixində “Xalq Kapital" 971 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 1 milyon 5 min manat cəmi aktivlərə malik idi.
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC qiymətli kağızlar bazarında broker, diler və aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan investisiya şirkətdir. Şirkət 2007-ci ildə “Xalq Kapital” MMC kimi fəaliyyətə başlamışdır və təsisçisi 100% payla ASC “Xalq” Bankıdır. Daha sonra 01 yanvar 2016-cı il tarixində AR “Qiymətli kağızlar bazarı haqqında” qanununun qüvvəyə minməsi ilə əlaqədar, şirkətin köhnə fəaliyyət lisenziyaları qüvvədən dümüşdür. Qanunun yeni tələblərinə əsasən “Xalq Kapital İŞ” QSC yaradılmışdır və “Xalq Kapital”MMC-nin hüquqi varisi kimi AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 09.06.2017-cı il tarixli, İŞ-02 №-li lisеnziya əsasında fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























