Azercell və Cüdo Federasiyasının sosial layihəsi beynəlxalq mükafata layiq görülüb
Kampaniya 4 nominasiya üzrə finala yüksələrək iki medalla təltif olunub“Azercell Telekom” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilən “Doğru yol budur” sosial kampaniyası KIAF — Beynəlxalq Reklam Festivalında yüksək nəticə əldə edib. Layihə “Əməkdaşlıq və tərəfdaşlıqlar” və “Qeyri-kommersiya və xeyriyyə layihələri” kateqoriyaları üzrə gümüş medallara layiq görülüb.
Eyni zamanda, layihə “Korporativ imic və nüfuzun formalaşdırılması” və “Brendlərarası əməkdaşlıq” kateqoriyalarında da finala çıxaraq beynəlxalq reklam və yaradıcı sənaye mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, “Doğru yol budur” kampaniyasının məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və onların asudə vaxtlarını sağlam həyat tərzi və idmanla dəyərləndirməyə təşviq etməkdir. Sosial təşəbbüs çərçivəsində Cüdo Federasiyasının məktəb və bölmələrində qeydiyyatdan keçən gənclərə cüdo ilə ödənişsiz şəkildə məşğul olmaq imkanı yaradılıb. Layihə əsnasında yeniyetmə və gənclər arasında geniş maarifləndirmə işləri aparılıb. Paytaxt və Azərbaycanın bir çox bölgələrində, xüsusən də məktəblərin ətrafında və gənclərin daha çox toplandığı yerlərdə narkotik vasitələrdən istifadənin yıxıcı fəsadlarını əks etdirən təsiri posterlər yerləşdirilib.
Onu da qeyd edək ki, məşhur rep ifaçısı Orxan Zeynallının bu layihə üçün bəstələdiyi “Bir də gəlsəm” mahnısı sosial mediada milyonlarca baxış toplayıb. Mahnının klipini ölkənin aparıcı rejissorlarından biri olan Emil Quliyev çəkib.
Təşəbbüsün nəticəsində 900-ə yaxın gənc cüdo təlimlərinə qoşularaq zərərli vərdişlərdən uzaq durmağı seçib.
Xatırladaq ki, 2000-ci ildən etibarən keçirilən KIAF qlobal reklam, media, PR və dizayn sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssisləri bir araya gətirən aparıcı platformalardan biri hesab edilir.
“Doğru yol budur” layihəsinin bu nüfuzlu festival tərəfindən mükafatlandırılması, onun sosial təsirinin və kommunikasiya strategiyasının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinin bir göstəricisidir.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 8 d. əvvəl
- 23 d. əvvəl
- 44 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Vüsal Qasımlıya müavin təyin edilib
Rəsmi məzənnələr açıqlandı
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Ən çox oxunanlar
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























