"Aqrar Sığorta Fondunun ödənişləri ilin sonuna 8-9 milyon manata çata bilər"
Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu fermerlərə 4,5 milyon manatdan çox ödəniş edib.
Bunu Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu dövrdə 13 milyon manatdan çox sığorta haqqı toplanıb: “Sığorta ödənişləri artır. Bu ödənişlər ötən ilin sonunda və bu ilin əvvəlində baş verən hadisələrlə bağlıdır. Hələ ölkədə pambıqçılıq mövsümü davam edir. Ölkədə taxıl yığımı bitir. Bu ilin ikinci rübündə baş verən hadisələrin tənzimlənməsi ilin ikinci yarısında olacaq. Bu ilin sonuna ödənişlərin 8-9 milyon manata çatacağı ehtimalını yaradır. İldən ilə fondun sığorta haqları artacaq”.
F.Sadıqovun sözlərinə görə, artıq 5 ildir ki, Aqrar Sığorta Fondu fəaliyyət göstərir və bu sistem fermerlərin istifadəsinə təqdim edilib: “Dövlət sığorta haqlarının 50 %-ini maliyyələşdirir ki, bu da fermerlərin maliyyə dayanıqlığının və fəaliyyətlərinin davamlılığını təmin etmək məqsədi daşıyır. Aqrar sığorta xidmətləri artıq ölkə ərazisinin 96 %-ində əlçatandır. Ölkədə əkilən torpaq sahələrinin 1,7 milyon hektar olduğu halda, hər il onun 20 %-i sığortalanır. Bu, ölkə üzrə torpaq sahələrinin beşdə birinin sığorta ilə əhatə olunması deməkdir.”
O əlavə edib ki, ən çox ödənişlər bitkiçilik sahəsinə edilir, ikinci yerdə heyvandarlıq sahəsi dayanır: "Ölkəmizdə əkin sahələrinin 50 %-dən çoxu taxılçılığa ayrılıb. Ümumi ödənişlərin strukturunda taxıl məhsulu daha çoxdur. Bu o demək deyil ki, bu belə davam edəcək. Meyvəçilik sahəsində isə xüsusilə bu ilin fevral-aprel aylarında müşahidə olunan hava şəraiti səbəbilə zərərlər artıb və bunun nəticəsində də sığorta ödənişlərinin meyvə istehsalçıları üçün də artacağı gözlənilir".
Qeyd edək ki, “Aqrar sığorta haqqında” Qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. İdarəedici şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır. Aqrar sığorta müqaviləsi sığortalı və İdarəedici Qurum tərəfindən bağlanır. İdarəedici Qurum - Aqrar Sığorta Fondun adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçıdır. İdarəedici qurum Azərbaycan Respublikası ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.
Aqrar Sığorta Fondu öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir. Fond müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyini artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır. Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
"Dünyanın heç bir yerində “Sea Breeze”ə oxşar layihə yoxdur"
-
5 saat əvvəl
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB
-
6 saat əvvəl
Prezident Naxçıvanda nümayəndənin və Nəsiminin icra başçısının vəzifədən azad edilməsindən danışdı
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda 60 milyon manata stadion tikilir - MÜQAVİLƏ BAĞLANIB
-
6 saat əvvəl
"Bizim qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bakı, Sumqayıt və Xırdalanın su-kanalizasiya sistemləri üzrə iri miqyaslı proqram qəbul edəcəyik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"İndi, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada yaxşı əkin aparmaq olar"
"Dünyanın heç bir yerində “Sea Breeze”ə oxşar layihə yoxdur"
Prezident Naxçıvanda nümayəndənin və Nəsiminin icra başçısının vəzifədən azad edilməsindən danışdı
Azərbaycanda 60 milyon manata stadion tikilir - MÜQAVİLƏ BAĞLANIB
"Bizim qısamüddətli planlarımız 8 giqavat enerji əldə etməkdir"
Ən çox oxunanlar
Azərbaycanın boru kəməri vasitəsilə qaz nəql etdiyi ölkələrin sayı 16-ya çatacaq - "Daha iki Avropa ölkəsi əlavə olunacaq"
Prezident Qəzzada mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı məlumatlara münasibət bildirdi
"Bakı, Sumqayıt və Xırdalanın su-kanalizasiya sistemləri üzrə iri miqyaslı proqram qəbul edəcəyik"
"Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir"
Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı























