Yüksək maliyyə nəticələri “Norm” ASC-nin strateji inkişafını dəstəkləyir
“Norm” ASC 2024-cü ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı dərc edib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, hesabata əsasən, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, “Norm” ASC-də satış gəliri 13% artaraq 256 milyon AZN təşkil edib, ümumi gəlir isə 18,8% artaraq 130 milyon AZN-ə çatıb.
Əməliyyat mənfəəti 18 milyon manat, yəni 28,2% artaraq, 81,5 milyon manata, vergidən əvvəlki mənfəəti isə 15,9% artaraq, 77,43 milyon manata çatıb.
“Norm” ASC-nin Maliyyə və strategiya üzrə baş icraçı direktor müavini Elvin Mirzəyev bildirib ki, 2024-cü il ərzində uğurlu idarəetmə və effektiv fəaliyyət nəticəsində şirkət həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edib ki, “Norm” ASC ötən il yüksək məbləğdə - 19,2 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyicilərindən biri olub.
Şirkətin Baş icraçı direktoru Henning Sasse “Norm” ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: “2024-cü ildə əldə etdiyimiz yüksək nəticələrə əsaslanaraq, hazırda tikinti materialları seqmentində genişlənmə strategiyasını uğurla həyata keçiririk. Bu ilin may ayından etibarən şirkətimiz sement əsaslı quru qarışıqlar üzrə yeni məhsullarını Storm brendi ilə bazara təqdim edib. Biz inanırıq ki, tikinti materialları sahəsindəki bu genişlənmə şirkətin fəaliyyət göstəricilərini möhkəmləndirməklə yanaşı, inşaat sektorunun dayanıqlı inkişafına da töhfə verəcək.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)

