ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!
Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB bu istiqamətdə daha bir addım atıb.
Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Bank “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı olub. ABB Klubun fəaliyyətini dəstəkləyəcək, onun daha böyük uğurlar qazanmasına töhfə verəcək.
Tərəfdaşlıq razılaşması ölkəmizdə uşaq futbolunun inkişafına qarşılıqlı köməyi, o cümlədən uşaqlar üçün futbol məktəbinin yaradılması kimi birgə layihələri də əhatə edir. Klubla tərəfdaşlıq ABB brendinin, Bankın məhsul və xidmətlərinin daha da tanınmasına müsbət təsir göstərəcək.
“Qarabağ” Futbol Klubu ötən əsrin 50-ci illərindən fəaliyyətdədir. Bu illər ərzində Klub Azərbaycana parlaq qələbələr qazandıraraq futbol tariximizdə bir çox ilklərə imza atıb.
Qeyd edək ki, ABB “Qarabağ” Futbol Klubundan başqa, Azərbaycan Boks Federasiyasının, Azərbaycan Voleybol Federasiyasının, Azərbaycan Basketbol Federasiyasının da rəsmi tərəfdaşıdır.
ABB-nin öz korporativ sosial məsuliyyət siyasətində idmana xüsusi yer verməsində əsas məqsəd ölkəmizdə idmanın populyarlaşması və kütləviləşməsidir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)


