Daha 4 BOKT Azərbaycan Mikromaliyyə Assosiasiyasına üzv olub
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ailəsi böyüməyə davam edir. Belə ki, 4 bank olmayan kredit təşkilatı (BOKT) Assosiasiyanın rəsmi üzvlüyünə qəbul olunub.
Üzv qəbul olunan təşkilatlar aşağıdakılardır:
1. BOKT “CASPIAN FINANCE”. "CASPIAN FINANCE" – 2023-cü ildə Azərbaycan Mərkəzi Bankından lisenziya alaraq fəaliyyətə başlayan, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verən, müasir və məsuliyyətli maliyyə xidmətləri təqdim edən dinamik bir təşkilatdır.
2. BOKT” Caspian Invest”. "Caspian Invest" – 2004-cü ildən fəaliyyət göstərən bu qurum, sahibkarlığın maliyyələşdirilməsi və iqtisadi fəallığın təşviqi istiqamətində geniş təcrübəyə malikdir.
3. BOKT –“Azərbaycan Mikrokredit“. "Azərbaycan Mikro Kredit" - Sektorun təcrübəli iştirakçılarından biri olan bu təşkilat, xüsusilə regionlarda mikro və kiçik bizneslərin dəstəklənməsi sahəsində tanınır.
4. BOKT “Forfinance”. "Forfinance" 2025-ci ildə lisenziya əldə edən bu təşkilat müasir xidmət yanaşması ilə fəaliyyətini genişləndirərək bazarda öz yerini formalaşdırmaqdadır.
"Yeni tərəfdaşlığın mikromaliyyə sektorunda əməkdaşlığın genişlənməsinə, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin artırılmasına, qarşılıqlı inkişaf və dayanıqlı maliyyə mühiti naminə faydalı olacağına inanırıq. AMFA olaraq, yeni üzvlərimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!"- Azərbaycan Mikromaliyyə Assosiasiyası yaydığı məlumatda bildirirb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
- 30 d. əvvəl
-
- 42 d. əvvəl
- 47 d. əvvəl
-
59 d. əvvəl
Sabah axşama doğru şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri məlum oldu - SİYAHI
-
2 saat əvvəl
Su filtrlərinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb - PREZİDENT MÜƏSSİSƏDƏ OLUB
Son Xəbərlər
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
AFB Bank: İstiqrazlara yüksək tələbat olub
İmişlidə 33 milyon manatlıq müəssisə istifadəyə verildi
Ən çox oxunanlar
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri məlum oldu - SİYAHI
Su filtrlərinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb - PREZİDENT MÜƏSSİSƏDƏ OLUB
Prezident “Azera Toxumçuluq” şirkətinin müəssisəsində oldu
İlham Əliyev Sabirabadda - aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Bankların xalis mənfəəti 10 faizə yaxın artıb

















.jpg)




