Azər Türk Bankdan “Gül kimi” yeniliklər
Dövlət bankı Azər Türk Bank 13 sentyabr tarixindən etibarən yeni marketinq konsepsiyasının tətbiqinə start verir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank bu yeni, “Gül kimi” adlanan konsepsiyasında nəzərdə tutulmuş yeniliklərlə müştərilərini mütəmadi olaraq sevindirəcəkdir.
Bu sıradan olan ilk yenilik Bankın kart müştərisi olmaq istəyənlər üçün nəzərdə tutulub. Belə ki, indi banka MasterCard Standard kredit kartı əldə etmək üçün müraciət edənlərə Bank həmin kartın qiymətinə xüsusi imkan və üstünlüklərə malik olan MasterCard Gold təqdim edəcəkdir. Həmçinin öncədən elan olunmuş və davam edən “Bir kart alana biri də hədiyyə” kampaniyamıza qoşulanlar da bu yenilikdən faydalana biləcəklər.
“Sizinlə gələcək” kampaniyası çərçivəsində xaricdə təhsil alan tələbələr üçün isə MasterCard Standard əvəzinə xüsusi dizaynlı Mastercard Debit kartları nəzərdə tutulmuşdur.
"Növbəti “Gül kimi” yeniliklərimizdən xəbərdar olmaq üçün gözünüz bizdə olsun", - Bankın məlumatında deyilir.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.azsaytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)




.jpg)





