Azərbaycan aviaşirkətindən yeni onlayn xidmət
Ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edə biləcəklər.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin təcrübəsini daha da zənginləşdirmək, uçuş zamanı xidmət keyfiyyətini və çeşidini artırmaq məqsədilə yeni “Air Tastes” xidmətini təqdim edib.
Marja "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu onlayn xidmət sayəsində ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edə biləcəklər.
Yeni menyuda üç fərqli səhər yeməyi, eləcə də üç növ nahar və ya şam yeməyi təklif olunur. Seçimlər arasında ət, toyuq, balıq yeməkləri, tərəvəzlər, qəlyanaltılar və dadlı desertlər yer alır.
Bu xidmətdən yararlanan sərnişinlərə standart menyu təqdim olunmur – əvəzində onlar uçuş zamanı fərdi zövqə uyğun seçilmiş menyu ilə qarşılanır. Qeyd edək ki, “Air Tastes” ödənişli xidmətdir və sərnişinin uçuşdan əvvəl etdiyi seçim əsasında təqdim olunur.
“Air Tastes” xidməti yalnız onlayn qaydada – AZAL-ın rəsm veb-saytı və ya mobil tətbiqi üzərindən, “Rezervasiyanın idarə olunması” bölməsində uçuşdan 24 saat əvvəl sifariş edilə bilər.
Bu yenilik AZAL-ın rəqəmsallaşma strategiyasının tərkib hissəsi olaraq təqdim edilir və sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.
Müştərilərin xəbərləri

Coca-Cola Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 saat əvvəl
-
18 saat əvvəl
BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar
- 2 gün əvvəl
-
2 gün əvvəl
7 ayda "Azərkosmos" tərəfindən 10,1 milyon dollarlıq xidmətlər ixrac edilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
-
2 gün əvvəl
Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
- 2 gün əvvəl
Son Xəbərlər

Oxucuların və tərəfdaşların diqqətinə!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!
Ən çox oxunanlar

"Avrora" şirkətinin ixracı kəskin artıb

2 otaq studiya mənzil aylıq cəmi 957 manat!

"HOPER" şirkəti ilk onluğa "hoppanıb"

Daha 4 yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faizdən çox artıb

Azərbaycanda bank kartlarının sayı 21 milyon ədədə yaxınlaşıb
