Vergilər Nazirliyi kriptovalyutalarla maraqlanmağa başladı
Blokçeyn texnologiyalarının vergi yığımlarında tətbiqi imkanları ekspertlərlə müzakirə edilib. Bu texnologiyaların müxtəlif sferalarda tətbiqini həyata keçirən bir sıra ölkələrin təcrübəsi nəzərdən keçirilib. Xüsusilə, dünya vergi administrasiyaları tərəfindən populyar kriptovalyutaların (bitkoin, eterium və digərləri) vergitutmaya cəlb edilməsi imkanları müzakirə edilib. Bu baxımdan təlim zamanı kriptovalyutanın elektron ticarətdə geniş yayılmasının aktuallığı, kriptovalyuta dövriyyələrinə vergi orqanlarnın monitorinqi, məlumatların toplanması və gələcəkdə dövlət tərəfindən bu sahənin tənzimləmə üsulları və imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
12-13 sentyabr 2017-ci il tarixlərində PwC şirkəti Microsoft ilə birgə Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün “Blokçeyn” texnologiyaları mövzusunda seminar keçirib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Marja”ya daxil olmuş məlumata görə, Təlim Vergilər Nazirliyi Kollegiyasının Qərarı ilə təsdiq olunmuş “Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində baş tutub.
Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə tədbiri giriş sözü ilə açaraq təlimin mahiyyəti və gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.
Qeyd olunub ki, Vergilər Nazirliyi dünya vergi sistemində müasir çağırışları və əsas trendləri yaxından izləyir və beynəlxalq təcrübənin öyrənilməsinə önəm verməklə yeniliklərin tətbiqinə çevik reaksiya verməyə çalışır. Sözügedən 2 günlük təlim də bu baxımdan xüsusilə əhəmiyyətlidir və təlim dövründə vergi inzibatçılığında qlobal meyllər və rəqəmsal transformasiyalar, vergi ödəyicilərilə münasibətlərin qurulmasında müasir texnologiyalardan istifadə edilməsi, blokçeyn və onun mövcud potensialı, Vergilər Nazilriyinin rəqəmsal transformasiya istiqamətində fəaliyyəti və s. kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.
Sonra “PwC” beynəlxalq konsaltinq şirkətinin Niderland ofisinin idarəedici partnyorunun nümayəndəsi cənab Eelko van der Enden “Beynəlxalq vergitutmada əsas meyllər və rəqəmsal transformasiya” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, “PwC” beynəlxalq konsaltinq şirkəti iqtisadiyyatın rəqəmsallaşdırılmasını və bu tendensiyanın vergi sistemi və inzibatçılığına dair ən müasir istiqamətlərini təmin edir. “PwC”-nin nümayəndəsi vergi sahəsində səmərəli idarəetmə sisteminin qurulması üçün müasir texnologiyalar barədə də ətraflı məlumat verib.
“Microsoft” şirkətinin nümayəndəsi Emin Axundovun “Vergi texnologiyalarının ekosistemi” adlı təqdimatı da maraqla qarşılanıb. Mütəxəssislər, yeni texnoloji həll yollarından istifadə etməklə, səmərəli vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib, xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında Blokçeyn texnologiyasının imkanları müzakirə edilib.
Təlimin 2-ci günü Blokçeyn texnologiyalarının vergi yığımlarında tətbiqi imkanları ekspertlərlə müzakirə edilib. Bu texnologiyaların müxtəlif sferalarda tətbiqini həyata keçirən bir sıra ölkələrin təcrübəsi nəzərdən keçirilib. Xüsusilə, dünya vergi administrasiyaları tərəfindən populyar kriptovalyutaların (bitkoin, eterium və digərləri) vergitutmaya cəlb edilməsi imkanları müzakirə edilib. Bu baxımdan təlim zamanı kriptovalyutanın elektron ticarətdə geniş yayılmasının aktuallığı, kriptovalyuta dövriyyələrinə vergi orqanlarnın monitorinqi, məlumatların toplanması və gələcəkdə dövlət tərəfindən bu sahənin tənzimləmə üsulları və imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
Təlim proqramında PwC və Microsoft şirkətinin aparıcı ekspertləri 30-dan artıq vergi mütəxəssisinin iştirak etdiyi interaktiv sessiyalar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
6 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
6 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
7 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























