“Səba” şirkətinin növbədənkənar ümumi yığıncağı baş tutmayıb, vaxtı dəyişdirilib
“Səba” ASC-nin 18 avqust 2025-ci il tarixinə təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişdirilmədən 19 sentyabr 2025-ci il tarixinə keçirilib.
Marja xəbər verir ki, “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60 ünvanında keçiriləcəkdir.
“Səba” ASC-nin 18.08.2025-ci il tarixinə təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağı Mülki Məcəllənin 107-2.1. maddəsinə müvafiq olaraq baş tutmadığı nəzərə alınaraq 19 sentyabr 2025-ci il tarixinə keçirilib.
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:
1. “Səba” ASC-nin Direktorlar Şurasının 2023-2025-ci illər ərzindəki fəaliyyətinə dair hesabatı və onun tərəfindən qəbul edilmiş qərarların müzakirəsi barədə;
2. “Səba” ASC-nin tək təsisçiliyi ilə təsis edilmiş “Qarabağ Taxıl Aqro” MMC-nin (Dövlət qeydiyyat № (VÖEN): 5001333151; dövlət qeydiyyatına alındığı tarix: 10.07.2025) nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması barədə;
3. “Səba” ASC-də dividendlərin elan edilməsi haqqında.
Əlavə edək ki, "Şamaxı Quşçuluq" ATSC tərəfindən direktorun dəyişilməsi ilə əlaqədar olaraq 19.09.2025-ci il tarixində Şamaxı şəhəri, Şamaxı-Göylər yolunun yanı ünvanında səhmdarların növbədənkənar yığıncağı keçiriləcəkdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















