“Sədərək”dəki yanğınla bağlı sığorta şirkətlərinə müraciət edən olmayıb
“Sədərək”də yanmış anbarın sığortalanmadığı ehtimalı yüksəkdir.Bildiyiniz kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda şiddətli yanğın hadisəsi baş vermişdir. Hadisə ciddi zərərlə nəticələnmişdir. Təəssüflə qeyd etmək istəyirik ki, məhz bu kimi hadisələr sığorta xidmətlərinin vacibliyini bir daha ön plana çıxarır.
Azərbaycan Sığortaçılar Assosiasiyasınıdan Marja.az-a bildirilib ki, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən sözügedən hadisə ilə bağlı müvafiq olaraq ölkəmizdə fəaliyyət göstərən 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanmışdır: "Əldə etdiyimiz və bu günə olan rəsmi məlumatlara görə, hadisə ilə bağlı sığorta şirkətlərinə heç bir əmlak sahib(lər)i tərəfindən hər hansı müraciət daxil olmayıb".
Qeyd edək ki, bu kimi hadisələrin zərərlərini ölkəmizdə tətbiq olunan Daşınmaz əmlak icbari sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növ və məhsulları ilə hadisə baş vermədən əvvəl sığortalanaraq təminat altına almaq mümkündür. Əlavə olaraq onu da vurğulamalıyıq ki, bütün əmlaklarda, ələlxüsus da, bu kimi böyük ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını, qarşısıalınma tədbirlərinə riayət edilməsini və baş verə biləcək hər cür bədbəxt hadisələrlə bağlı priventiv addımların atılmalı olduğunu tövsiyə edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)




