Putindən Zelenskiyə Moskvada görüş dəvəti
Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı tunelin sonunda işıq gördüyünü bildirib və Ukrayna Prezidenti Vladimir Zelenskini Moskvaya dəvət edərək, onunla görüşməyə hazır olduğunu deyib. Putin, “Əgər Zelenski hazırdırsa, Moskvaya gəlsin və bu görüş baş tutsun”, -deyib.
Rusiya Prezidenti Vladimir Putin, Çinə etdiyi dörd günlük səfərin ardından Pekində jurnalistlərin suallarını cavablandırıb.
Marja xəbər verir ki, Çinlə Rusiya arasında təbii qaz ticarəti ilə bağlı əldə olunan razılaşmalardan danışan Putin deyib:
“Rusiya qazının boru kəmərləri ilə Çinə ixracı illik 100 milyard kubmetrə çata bilər. Dünyanın ən böyük enerji istehlakçısı olan Çin, bazar formuluna əsaslanan qiymətlə qaz alacaq və bu da onun üçün üstünlük yaradacaq.”
Putin, Zelenski ilə görüşməyi heç vaxt rədd etmədiyini vurğulayıb və ABŞ Prezidenti Donald Trampın da ona belə bir görüşün mümkünlüyünü soruşduğunu bildirib.
O, belə bir görüş üçün yaxşı hazırlıq lazım olduğunu qeyd edərək deyib: “Əgər Zelenski hazırdırsa, Moskvaya gəlsin və bu görüş baş tutsun.”
Putin, sağlam düşüncənin üstün gələcəyi halda Ukrayna məsələsində həll yoluna nail olunacağını vurğulayıb:
“Tramp administrasiyası da həll üçün səmimi səylər göstərir. Məncə tunelin sonunda müəyyən bir işıq göründü. Görək vəziyyət necə inkişaf edir. Əks halda, müəyyən etdiyimiz vəzifələri hərbi yolla həll etməli olacağıq.”
Ukrayna ilə İstanbul danışıqları
Putin, Ukraynanın NATO-ya üzv olmasına qarşı olduqlarını bir daha bildirib və ərazi mübadiləsi qarşılığında Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı anlaşmanın gündəmdə olmadığını qeyd edib.
O, Ukraynada ərazi məsələsinə dair referendum keçirilməli olduğunu bildirərək deyib: “Ancaq fövqəladə vəziyyət şəraitində referendum keçirilə bilməz. Bu isə referendum üçün fövqəladə vəziyyətin ləğv olunması, onun ardınca da prezident seçkisinin keçirilməsi deməkdir. Bu proses sonsuza qədər uzana bilər.”
Putin, İstanbulda keçirilən birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinskinin işindən məmnun olduğunu deyib və Rusiya tərəfinin Ukrayna ilə danışıqlardakı heyət səviyyəsini yüksəltməyə hazır olduqlarını qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Pekində qarşılaşmasına da toxunan Putin deyib: “Əliyevlə salamlaşdım, xanımı ilə salamlaşdım. Bir neçə kəlmə danışdıq. Rusiya ilə Azərbaycan arasında problemlər var, amma münasibətləri inkişaf etdirmək istəyi hər şeyi yerinə oturdacaq.”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat sonra
-
6 saat əvvəl
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Gələn il Azərbaycana elektrik mühərrikli avtobusların idxalı ƏDV-dən azad olacaq
-
7 saat əvvəl
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
-
7 saat əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
7 saat əvvəl
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib

Qəhvə qiymətləri rekord səviyyəyə çatdı

SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır

Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Ən çox oxunanlar
Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır

Media subyektləri üçün vergi güzəştinin müddəti 3 il uzadıla bilər

Gələn il də minimum maaş 400 manat olacaq

Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər

Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq

“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
