ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluğu avqustda proqnozdan aşağı artıb.Qlobal bazarların yaxından izlədiyi avqust ayına dair ABŞ-ın qeyri-kənd təsərrüfatı məşğulluq göstəriciləri açıqlanıb.
Marja xəbər verir ki, ölkədə avqust ayında məşğulluq bazarından zəif siqnallar gəlib.
ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluğu avqustda 22 min artıb. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların gözləntisi artımın 75 min olacağı istiqamətində idi.
Daha əvvəl 73 min olaraq açıqlanan iyul ayı məşğulluq artımı 79 minə dəyişdirilib. Son iki ay üzrə isə 21 minlik aşağıya doğru korrektə aparılıb.
Məlumatlar avqust ayında ölkədə işsizliyin 4,2 faizdən 4,3 faizə yüksəldiyini göstərib. Bu göstərici ABŞ-da 2021-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
İnflyasiya göstəriciləri baxımından diqqətə alınan orta saatlıq maaş üzrə aylıq artım 0,3 faiz olmaqla gözləntilərə paralel reallaşıb.
Orta saatlıq maaşda eyni dövrdə illik artım 3,7 faiz olub. Bu göstəriciyə dair gözlənti isə 3,8 faiz təşkil etmişdi.
Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord
Qızıl, FED-in faiz endirimi edəcəyi gözləntilərini gücləndirən məşğulluq məlumatlarının ardından yeni rekordunu müəyyənləşdirib.
Məlumatlardan sonra, qızılın unsiyasının qiyməti 1 faiz də artımla 3 min 586 dollara qalxaraq tarixi zirvəni yeniləyib. Son üç ildə həm qızıl, həm də gümüş iki dəfədən çox dəyər qazanıb. Geosiyasi risklər, iqtisadi qeyri-müəyyənliklər və qlobal ticarətdəki problemlər "təhlükəsiz liman" tələbini artırıb. ABŞ Prezidenti Donald Trampın bu il FED-ə yönələn artan tənqidləri isə mərkəzi bankın müstəqilliyinə dair narahatlıqları artırıb. Tramp qısa müddətdə FED-də “çoxluğu ələ keçirəcəyini” və faizləri azaldacağını bəyan etmişdi.
Neft 2 faizdən çox ucuzlaşıb
ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluq məlumatları açıqlandıqdan sonra neft qiymətlərinin düşməsi daha da sürətlənib. Brent nefti 2,2% ucuzlaşaraq 66,14 dollara geriləyib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















